Qızıl Aypara Cəmiyyətinin həkimi öldürülüb - Evində...

img

29-05-2024 [08:38]


İsrail ötən axşam Qəzzada bir çox bölgələri yenidən bomba yağışına tutub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA məlumat yayıb.

Bildirilib ki, Xan Yunisin cənubundakı Mean bölgəsində Əbu Cəzer ailəsinə aid bir ev vurulub: "Burada çox sayda insan həyatını itirib, yaralananlar var. Bununla yanaşı, İsrail tankları Yebna düşərgəsini, Əli İbn Əbi Talib məscidinin ətrafını, Barka Stadionunu və digər əraziləri bomvalayıb. Qırıcılar isə Rəfah və onun cənub-qərbində Tel Zurubu xaraba gününə qoyub. Bu zaman onlarla insan həyatı ilə vidalaşıb".

Bu arada Fələstin Qızıl Aypara Cəmiyyəti isəd aha bir həkiminin öldürüldüyünü bəyan ediub: "Acı kədərimizlə bildiririk ki, Qüds Xəstəxanasında çalışan Doktor İsam Rəvhi Məhəmməd Alikin Qəzza zolağının mərkəzində yerləşən Bureyc Qaçqınlar Düşərgəsindəki evinin bombalanması nəticəsində həlak olub. Bununla da "Qızıl Aypara"nın həlak olan əməkdaşlarının sayı 30-a çatıb".

Tahir Şəlvəli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq