BİZ NİYƏ YAXŞI FİLMLƏR ÇƏKMİRİK?!
28-05-2024 [11:20]
Son vaxtlar “youtube"də qazax filmləri çox yayılıb.
“Köçəri” nağıl filmindən “Oralman” ağıl filminə qədər... Rus dilində baxış sayları milyonları keçir, qazax millətinə, qazax probleminə diqqəti çəkir. “Tomiris” filmini də çəkiblər, türkün şanlı tarixini Araz sahillərindən Amudərya sahillərinə keçiriblər. Mən də türkün tarixinə rus dilində, Amudərya sahillərində baxmışam. Molla demiş, əvvəl gülmüşəm, sonra ağlamışam...
Gülmüşəm, sevinmişəm ki, bizm qazax qardaşlarımız dünya səviyyəli filmlər çəkir, milyonların diqqətini çəkir. Ağlamışam, kədərlənmişəm ki, biz niyə öz “Tomris”imizi çəkə bilmirik, öz əfsanəmizi Araz sahillərinə gətirə bilmirik? Biz niyə öz “Oralman”ımızı (Qürbətdən Vətənə qayıdan qazaxlara deyilir) çəkə bilmirik, dünyanın diqqətini öz problərimizə çəkə bilmirik? Axı, bizim Azərbaycandan kənarda yaşayan qandaşlarımız Qazaxıstandan kənarda yaşayan qardaşlarımızdan çoxdur. Bəlkə, onlar Vətənə qayıtmaq istəmirlər, bəlkə bizim pulumuz yoxdur, bəlkə bizdə bu sahəyə lazımi diqqət, qayğı yoxdur?!
Qısa bir araşdırma aparsaq, görərik ki, pulumuz da var, Azərbaycanda kino sahəsinə dövlət səviyyəsində lazımi diqqət də var. Bakıda kino məsələləri ilə məşğul olan iki böyük qeyri-hökumət təşkilatı fəaliyyət göstərirdi. Bu il bu qurumlar birləşdi və Xalq artisti Rasim Balayevi sədr seçdi. Kinomatoqrafçılar İttifaqının ofisi şəhərin mərkəzində, tarixi “Nizami” kino-teatrının yanında yerləşir, adı uzaqdan diqqəti cəlb edir.
Yeni sədr də ilk müsahibələrinin birində orijinal bir fikir söyləyir: “...Bizim əsas məqsədimiz kinonun çəkilməsidir, kino da çəkilmir...” Yeri gəlmişkən, Mədəniyyət Nazirliyində bu sahəni kurasiya edən xüsusi Baş İdarə işləyir, keçmiş Kinostudiya da öz yerindədir. Bu qurumların hamısına da dövlət büdcəsindən külli miqdarda vəsait verilir. Amma bizim kinomuz peşəkar “Oralman” səviyyəsinə qalxa bilmir, həvəskar “Qızqaçırmaq”dan o yana “qaça” bilmir... Axı, bizdə kino ənənələri var, axı, bizdə sənət mədən kimi qazılıb, “Məşdi İbad”, Arşınmalçı” yazılıb, çəkilib...
Təəssüf ki, hazırda dünyada ən çox baxılan tele-seriallar sahəsində də bizdə vəziyyət yaxşı deyildir. Ümumən, Azərbaycan kinosunda olan vəziyyəti əks etdirir. Dövlətin təşəbbüsü ilə teleseriallar çəkmək üçün telekanallara konkret maliyyə vəsaiti ayrılır və hər il artırılır. Amma bizim telekanallar verilmiş fürsətdən və ayrılmış vəsaitdən yararlana bilmirilər, yaxud da, istəmirlər. Serialların istehsalı prosesinə peşəkarlar dəvət edilmir, ya da süni görüntü yaratmaq üçün edilir. Filmlərin senarisini, bir qayda olaraq, telekanal rəhbərləri özləri yazır, aktyor seçimini, hətta rejissorluğunu da özləri edir. "Xocalı", "Qara Yanvar" filmlərini yəqin ki, xatırlayırsız, hardadır indi bu filmlər, kim baxır?! Hələ yaxşı ki, kanal rəhbərləri baş rollara özləri çəkilmir, görüntü yaratmaq üçün bir-iki aktyor dəvət edilir. Sair rollar isə telekanalaın əməkdaşlarına və aparıcılarına həvalə edilir...
Nəticədə teleseriala, tamaşaçıya, ümumilikdə sənətə dəxli olmayan (ad da qoymaq olmur) “Bacanaqlar”, “Tələbələr” kimi “sürünən”lər alınır. Sürünənlər is, məlum olduğu kimi, uça bilmirlər. Tamaşaçılar da bu mənasız seriallara baxmır, əksəriyyəti heç Azərbaycan telekanallarını açmır, Rusiya, Türkiyə kanallarına üstünlük verirlər. Bizim yerli kanallar da da yəqin bunu bilirlər, amma nəyisə dəyişmək, baxımlı teleserial çəkmək fikrində deyillər. Axı, bu, xeyli çətin, bahalı bir prosesdir, istedad, əziyyət tələb edir. Böyük Azərbaycan şairi Şəhriyarın yaxşı bir deyimi var: “Bizdən qabaqdadır avropalılar, işi iş bilənə tapşırır onlar”...
Məlum olduğu kimi, hər hansı savadlı, istedadlı adam ruhu coşanda bir-iki misra şer, kiçik bir hekayə, maraqlı bir yazı da yaza bilər. Amma bu, qətiyyən o demək deyil ki, bu adam istedadlı yazıçı, ya şairdir, hətta senari yaza, film çəkə bilər. Səviyyəli, baxımlı teleserial, ümumiyyətlə yaxşı film çəkmək üçün işi iş bilənə tapşırmaq lazımdır. Telekanal rəhbərliyi, ya təşəbbüs qrupu filmin ideyasını verə, ən yaxşı halda senarinin fabulasını işləyə bilər. Senarini yazmaq isə, hətta hər yazıçının da deyil, peşəkar senaristin, dramaturqun işidir. Müasir filmin senarisi əsl dram əsəri olmalıdır, gərginlik və dəyişkənlik daim hiss olunmalıdır, axı, tamaşaçını zalda (və yaxud televiziya qabağında) 1-2 saat saxlamaq lazımdır. Yaxşı senarinin hazırlanması isə işin ancaq başlanğıcıdır, sonra peşəkar kinorejissor dəvət olunmalı və ilkin senari ona təqdim olunmalıdır. Rejissor senarini bəyəndikdən sonra, onun təşəbbüsü ilə əsas rolların aktyorları seçilir (bu proses də senari və kinorejissor qədər vacibdir) və məhz bu aktyorların iştirakı ilə ilkin senarinin əsasında işçi senari hazırlanır...
Yeri gəlmişkən, bizim kino sənətində aktyor seçimi əzəldən axsayıb, çünki bu prosesə də peşəkar yanaşma olmayıb. Rejissor baş rolda kimi istəyir çəkib, ya da özü çəkilib. Hələ sovet dövründə çəkilmiş “Qaçaq Nəbi” (Qanlı Zəmi, 1985) filmini xatırlayaq. 50 yaşlı “dəliqanlı” Qaçaq Nəbi (Həsən Turabov) 30 yaşlı “yeniyetmə” Həcərə (Mömünat Qurbanova) deyir ki, “hazırlaş, gələn yaz toyumuzdur”. Buna kim inanar, buna kim baxar?! Ya da, götürək 2011-ci ildə ekranlara çıxmış “İlahi Məxluq” filmini. Dostlar, siz dağlarda olmusuzmu, olmusuzsa, bircə dəfə şişman çoban (Nurəddin Mehdixanlı) görmüsüzmü?! Çoban yaşından asılı olmayaraq, arıq olar, qıvraq olar, atın belini “qırmaz”, piyada gəzə bilər...
Və son olaraq... Yaxşı, baxımlı kino çəkmək böyük vəsait tələb edən böyük bir istehsal prosesidir, yaradıcılıq prosesidir və bu proseslə peşəkarlar məşğul olmalıdır. Təcrübə göstərir ki, tamaşaçı yalnız peşəkar rejissorların dramatik senari əsasında çəkdiyi, peşəkar aktyorların uğurlu seçildiyi və çəkildiyi filmlərə baxır. Bu, həm də Azərbaycanın problemlərini qabartmağın, dünyaya çatdırmağın “karvan” yoludur. Bizdə isə, bəzən bu yoldan həvəskarlar pul yumaq üçün istifadə edirlər…
P.S. "Oralman" filmi "Köçəri" kimi, "Tomiris" kimi tarixi, böyük büdcəli deyil, müasir, sadə layihədir. Vətənə qayıdan, Vətəni sevən insanlardan bəhs edir. Gözəldir, əsl şedevdir...
Qalib ARİF
MİA.AZ
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir