Ançelotti Çempionlar Liqasında Arda Gülərə forma verəcək: ""Real Madrid" belə turnirlər üçün doğulub"

img

27-05-2024 [17:20]


Çempionlar Liqasında Almaniyanın "Borussiya Dortmund" komandası ilə final matçına çıxacaq "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti suallaır cavablandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, finalda türkiyəli Arda Gülərə əsas heytədə forma verəcəyini istisna etməyib: "Arda istedadını və xüsusiyyətlərini son matçlarda göstərdi. O, demək olar ki, son oyunlarda 100 faiz immkanlarını göstərdi. Şənbə günü final matçı üçün də belə olacağını gözləyirəm. "Arda əlimizdə olan variantlardan biridir"

İtalyan baş məşqçi favorit olduqlarını düşünmədiklərini də deyib:""Borussiya Dortmund" yaxşı komanda olduğunu PSJ və "Atletico Madrid"i mübarizədən kənarlaşdırmaqla təsdiqləyib. "Real Madrid" isə belə bu tip turnirlər üçün doğulmuş çox xüsusi bir komandadır"

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR