3 nazirin təyinatı niyə baş tutmadı? - Maraqlı iddia yayıldı
27-05-2024 [09:30]
Xəbər verdiyimiz kimi, mayın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.
İclasın gündəliyinə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı daxil edilib.
İclasda bildirilib ki, 3 may 2024-cü il tarixdə elan olunmuş gündəlikdəki ikinci məsələ – Naxçıvan Muxtar Respublikası Baş nazirinin Nazirlər Kabinetinin üzvlüyü ilə bağlı təqdimatına baxılması Naxçıvan Muxtar Respublikası Baş nazirinin 2024-cü il 7 may tarixli məktubu ilə təqdimat geri götürüldüyündən gündəlikdən çıxarılıb.
Ali Məclisin Mətbuat xidməti iclasla bağlı məlumatı qanunverici orqanın saytında dərc etdikdən sonra sosial şəbəkələrdə təqdimatın sabiq Baş nazirin dövründə verildiyi, yeni Baş nazir tərəfindən isə geri götürüldüyü xəbərləri yayılıb.
TNS dəqiqləşdirib ki, Naxçıvan Muxtar Respublikası Baş nazirinin Nazirlər Kabinetinin üzvlüyü ilə bağlı təqdimatı Ali Məclisə may ayının 1-də daxil olub. Sabiq Baş nazir Səbuhi Məmmədov isə aprelin 25-də vəzifəsindən azad olunub. Həmin gün Ali Məclisdə Azərbaycan Respublikası Prezidentinin təqdimatına baxılıb, Ceyhun Cəlilov Baş nazir təyin edilib. Deməli, Nazirlər Kabinetinin üzvlüyü ilə bağlı təqdimat yeni Baş nazir tərəfindən verilib.
Bəs yeni Baş nazirin təqdimatı nə ilə bağlı idi və niyə geri götürülüb?
Redaksiyamıza özəl mənbələrdən daxil olan məlumata görə, Baş nazir 3 hökumət üzvünün təyin edilməsi üçün Ali Məclisə təqdimat verib. Dünənki iclasda Samiq Sadıxov səhiyyə, Elxan Nəcəfov təhsil, Rahid Ələkbərli isə rəqəmsal inkişaf və nəqliyyat naziri təyin edilməli idi.
Maraqlıdır ki, bu şəxslərin nazir vəzifəsini müvəqqəti icra etdiyi hər üç dövlət orqanının fəaliyyətində ciddi nöqsanlar var. Azərbaycan Respublikasının Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində yoxlamalar aparıb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu yaxınlarda mediaya açıqlamasında bildirib ki, Təhsil Nazirliyində aparılmış yoxlamanın nəticəsi vəziyyətin əvvəlki illərdən ciddi fərqlənmədiyini göstərir. Onun sözlərinə görə, artıq ştatların, uşaqların sayının şişirdilməsi halları 2023-cü ildə də təkrarlanıb. Ötən ilin son 3 ayında nazirliyə Elxan Nəcəfov rəhbərlik edib.
Hələ bu harasıdır. Nazir əvəzi Elxan Nəcəfov Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qərarını heçə sayaraq Babək rayon Hacıvar kənd tam orta məktəbinin tikintisi üçün “Construction Business Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb. Halbuki Babək rayon Hacıvar kənd tam orta məktəbi binasının tikilməsi ilə bağlı keçirilən tender müsabiqəsinin nəticəsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ləğv edilib.
Məlumata görə, bu işin yerinə yetirilməsi üçün daha aşağı qiymət təklifi verən şirkətlərin olmasına baxmayaraq, Təhsil Nazirliyi ən yüksək qiymət təklifi verən şirkəti – “Construction Business Group” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib. Bu məktəb bunasının tikintisini 3 milyon 100 min, 3 milyon 300 min, 3 milyon 700 min manata həyata keçirməyi öhdəsinə götürən şirkətlər tender müsabiqəsində iştirak ediblər. Ancaq Təhsil Nazirliyi 4 milyon 472 min manat qiymət təklifi verən şirkəti seçib. Halbuki tenderin keçirilməsində məqsəd daha keyfiyyətli iş görən, daha aşağı qiymət təklifi verən şirkətlərin müəyyənləşdirilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə olunmasıdır.
Naxçıvanda səhiyyə sahəsində də biabırçı vəziyyət hökm sürür. Səhiyyə nazirinin müavini Samiq Sadıxovun apardığı “islahatlar” nəticəsində səhiyyə sistemi darmadağın edilib. İndi muxtar respublikda hər kəs Səhiyyə Nazirliyinin fəaliyyətindən narazıdır. Naxçıvanlılar müayinə və müalicə olunmaq üçün ya Bakı şəhərinə, ya da qardaş Türkiyəyə üz tuturlar. Ayrıca binada fəaliyyət göstərən Təcili Tibb Mərkəzini Naxçıvan Muxtar Respublika Xəstəxanasının binasına köçürməyi, Kardiologiya Mərkəzini ləğv etməyi, lisenziyası olmayan, qanunsuz şəkildə fəaliyyət göstərən laboratoriya yaratmağı, ötən ilin iyul ayından Ali Məclis sədrinin fərmanını icra edə bilməməyi, Səhiyyə Nazirliyinə heç bir aidiyyəti olmayan tibb müəssisələrinin işinə kobud müdaxilə etməyi, özünə 120 min manatlıq xidməti avtomobil almağı Samiq Sadıxovun apardığı “islahat” kimi dəyərləndirib onu nazir vəzifəsinə layiq görənlərə daha deyiləcək söz yoxdur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin necə fəaliyyət göstərdiyini isə hər bir muxtar respublika sakini evində işlətdiyi intenetdən görür.
Fəaliyyət göstərdikləri dövrdə heç bir uğur qazanmayan şəxslərin nazir vəzifəsinə təyin olunması mərkəzi hakimiyyət tərəfindən qəbul edilə bilməzdi. Görünür, Naxçıvanın səlahiyyətli şəxslərinə bu barədə irad olub. Bu, bizim gəldiyimiz qənaətdir.
Ali Məclisə təqdimat verilib geri götürülməsi ciddi hadisədir, Baş nazir bunun səbəbini açıqlamalıdır.
MİA.AZ
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq