Qvardioladan Arda Gülərlə bağlı açıqlama: "O,  qarşısıalınmaz oyunçu ola bilər"

img

24-05-2024 [16:22]


"Real Madrid"də çıxış edən türkiyəli Arda Gülər dünyanın bir nömrəli baş məşqçisi sayılan İngiltərə Premyer Liqasının çempionu "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın "radar"ına düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Pep Qvardiola Arda haqqında yüksək fikirlər söyləyib: "Madridlilər ("Real"ı nəzərdə tutur - Mia.az) onu tez-tez oynatsa, bu uşaq qarşısıalınmaz ola bilər. O, çox yaxşı oyunçudur".

Türkiyə mediası yazır ki, Bernardo Silvanın yerinə futbolçu axtaran Qvardioala Arda Güləri komandasında görməyə can atır...

Xatırladaq ki, Arda Gülər ​​bu mövsüm "Real Madrid"in heyətində cəmi 12 matça çıxıb. O, 6 qol vuurb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR