“Beşiktaş” 11-ci dəfə Türkiyə Kubokunun qalibi olub

img

24-05-2024 [00:19]


Ziraat Türkiyə Kubokunun finalında Atatürk Olimpiya Stadionunda “Beşiktaş” və “Trabzonspor” komandaları üz-üzə gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Trabzonspor"u 3-2 hesabı ilə məğlub edən "Beşiktaş" bununla da 11-ci dəfə kuboku qazanıb.

“Beşiktaş”ın qollarını Gezzal, Salih Uçan və Əl-Musrati vurub.

“Trabzonspor”un qollarına isə 14-cü dəqiqədə Onuaçu, 89-cu dəqiqədə isə Pepe imza atıb.

Onu da qeyd edək ki, matçın 99-cu dəqiqəsində “Beşiktaş”ın baş məşqçi əvəzi Serdar Toprak Təpə qırmızı vərəqə alıb.

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR