Ali Koç yeni komandasını açıqladı: Acun Ilıcalı da idarəetmədə yer alacaq - SİYAHI

img

23-05-2024 [22:35]


Yenidən "Fənərbaxça"nın prezidentliyinə namizəd olan ali Koç qarşıdakı dövr üçün idarə heyətinin siyahısını elan edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Koçun siyahısında məşhur televizyaçı Acun Ilıcalı da yer alıb.

Namizəd yığıncağında danışan Koç bildirib ki, vıəzifəyə gəldikdən sonra klubun borcunu yarıya qədər azaldıb: "Bu gün borcumuz 23 milyard 610 milyon TL-yə çatır. Hansı məzənnəyə baxsaq da, "Fənərbağça"nın borcu iki dəfə azaldı. Düzdür, hədəflərimizin hamısına çata bilmədik. Bunun da səbəblərini bilirisniz".

Ali Koç qeyd edib ki, kluba sistemli mane olan şəbəkələr var: "Biz bunlara qarşı üsyandayıq, onlarla mübarizədən də qalib çıxacağıq."

Fərid Aslan

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR