İsrail ordusu Cenin şəhərindən və Qaçqınlar düşərgəsindən geri çəkilib

img

23-05-2024 [09:37]


İsrail ordusu iki günlük basqınlardan sonra işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhəri və burada mühasirədə saxladığı və Çenin Qaçqınlar Düşərgəsindən hərbçilərini çıxarıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan xəbəri İsrail ordusu təsdiqləyib.

Bildirilib ki, hazırda orada nəzərdə tutulan missiya başa çatıb.

Məlumata görə, hərbçilərin geri çəkilməsindən sonra  yüzlərlə fələstinlinin  Qaçqınlar Düşərgəsindəki evlərinə qayıtmağa başlayıb.

Xatırladaq ki, ikigünlük basqınalrda 11 fələstinli öldürülmüşdü.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA