Tacikistan prezidenti Bakıda İlham Əliyevlə görüşüb - FOTOLAR (Yenilənib)
23-05-2024 [13:26]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 23-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü keçirilib.
Mia.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
- Hörmətli Emoməli Şaripoviç.
Hörmətli qonaqlar.
Sizi Azərbaycan torpağında salamlamağıma şadam. Çox şadam ki, Siz mənim dəvətimi qəbul etdiniz və Azərbaycana dövlət səfərinə gəldiniz. Görüşlərimiz müntəzəm xarakter daşıyır. Biz Tacikistanda, Azərbaycanda tez-tez görüşürük. Mən ötən il bir neçə dəfə ölkənizə səfər etmişəm, həmçinin Sizin dəvətinizlə Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə toplantısında iştirak etmişəm. Siz, həmçinin ötən il Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın Zirvə toplantısı çərçivəsində ölkəmizdə səfərdə oldunuz. Beləliklə, yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır və bu gün biz Sizinlə həm ikitərəfli gündəliklə, həm də beynəlxalq, regional problemlərlə bağlı bir çox mühüm məsələlər üzrə məsləhətləşmələri və müzakirələri davam etdirdik. Aydındır ki, dövlət səfərinin xüsusi statusu var və bu, münasibətlərimizin bugünkü yüksək səviyyəsinin təzahürüdür. Həmçinin münasibətlərin inkişafında mühüm mərhələlərdən biri bu gün imzalayacağımız, bununla da münasibətlərimizin səviyyəsini rəsmi şəkildə yüksəldəcəyimiz Strateji Tərəfdaşlıq Bəyannaməsidir. Hərçənd, qarşılıqlı münasibətlərin tarixinə və xarakterinə nəzər salsaq, onların çoxdan strateji tərəfdaşlıq xarakteri daşıdığını görərik.
Bizim hədəfimiz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyətdir. Bildiyiniz kimi, Sizin səfərinizdən əvvəl biznes-forum olub. Tacikistanın Azərbaycanda Mədəniyyət Günləri keçirilir. Bütün bunlar münasibətlərimizi konkret məzmunla zənginləşdirir. İqtisadi xarakterli bir neçə sənəd imzalanıb. Bu gün nümayəndə heyətlərinin üzvləri ilə müzakirələr çərçivəsində əlaqələrimizə daha çox məzmun əlavə etmək üçün bu gündəliyi ətraflı nəzərdən keçirəcəyik. Çünki ticarət dövriyyəsinin statistik rəqəmləri ilə tanış olduqdan sonra, əlbəttə ki, onların hələlik bizi qane edə biləcəyini deyə bilmərik. Düşünürəm ki, bizim bu gün Sizinlə, sonra nümayəndə heyətlərinin üzvləri ilə artıq razılığa gəldiyimiz və müzakirə edəcəyimiz məsələlər ticarət dövriyyəsinin artmasına kömək edəcək. Təbii ki, bizim müzakirə etdiyimiz mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq. Çünki Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır.
Gündəliyimiz kifayət qədər genişdir. Təkcə nümayəndə heyətlərinin tərkibi bizim hansı istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyət göstərdiyimizdən xəbər verir. Əminəm ki, nəticələr də çox yaxşı olacaq və səfər faydalı, həmçinin xoş keçəcək.
Bir daha xoş gəlmisiniz.
x x x
Prezident Emoməli Rəhmon deyib:
- Çox sağ olun, hörmətli İlham Heydər oğlu.
Əziz dostlar.
İlk növbədə, hörmətli İlham Heydər oğlu, yüksək diqqətinizə və səmimi qonaqpərvərliyinizə görə Sizə səmimi-qəlbdən təşəkkür etmək istəyirəm. Şadam ki, biz qarşılıqlı səfərlər ənənəsini yüksək səviyyədə davam etdiririk. Əminəm ki, bugünkü görüşlərin nəticələri ölkələrimizin əməkdaşlığını yeni inkişaf səviyyəsinə yüksəldəcək. Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir. Bizim aktual regional və beynəlxalq məsələlərdə mövqelərimiz eynidir. Ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr fəal inkişaf edir.
Bu gün biz dövlətlərarası münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən tarixi qərar qəbul edəcəyik. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun əsrlərdən bəri davam edən ənənələrinin ruhuna uyğundur. Bu qərarlar müstəqilliyimizin bütün dövründə qarşılıqlı fəaliyyətimizin irəliləməsində əldə olunan uğurları daha da möhkəmləndirir. Bu baxımdan qeyd etmək istərdim ki, bu prosesin başlanğıcını Azərbaycan xalqının Ümummilli Lideri, çox hörmətli Heydər Əlirza oğlu Əliyev qoyub. Əminəm ki, bu gün əldə ediləcək razılaşmalar qardaş xalqlarımızın dərin maraqlarına cavab verəcək və Tacikistan-Azərbaycan münasibətlərinin möhkəm təməlinə çevriləcək. Sizə təşəkkür edirəm.
***
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Tacikistan Prezidenti Emoməli Rəhmonun mayın 23-də rəsmi qarşılanma mərasimi olub.
Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verdi.
Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Tacikistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyəti Tacikistan Prezidentinə, Tacikistan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
***
Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycanda dövlət səfərində olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mayın 22-də Şəhidlər xiyabanını ziyarət edib.
Mia.az xəbər verir ki, Prezident Emoməli Rəhmon Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
***
Mayın 22-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ölkəmizə dövlət səfəri çərçivəsində Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Mia.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
***
Mayın 22-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Mia.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
ABŞ-da kiçik təyyarə qəzaya uğrayıb - 5 nəfər xəsarət alıb
Rəsmi Beyrut: "İsrail 4 livanlı əsiri təhvil verib"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Əgər Rusiya atəşkəsə "hə" deyərsə..." - Zelenskidən ABŞ-la razılaşmaya ilk reaksiya
Ərdoğan: "Allah bizi qardaş qovğasından qorusun!"
ABŞ və UKRAYNA ANLAŞDI, KİYEV ATƏŞKƏSƏ RAZILAŞDI, ƏVƏZİNDƏ İSƏ... - "Top indi Rusiyanın sahəsindədir"
GÜLLÜ-ÇİÇƏKLİ BAHARIM (Novruz günləri, Bahar Bayramı düşüncələrim)
“Trabzonspor”un yeni baş məşqçisi ilk məşqçinə çıxdı - FOTO
Hakan Fidan Niderland XİN başçısı ilə görüşüb - Ankarada + FOTO
Kəmaləddin Heydərov mayoru vəzifəyə təyin edib
Rəsmi Ankara "Suriyada bir ələvi ailə türk əsgərləri tərəfindən hədəfə alındı” iddiasını rədd elədi: "Bu görüntülər..."
Qarabağda yaşayan erməniəsilli şəxs Bakıda Ruben Vardanyanın məhkəməsində: "O, nəyə görə öz biznesini qoyub Qarabağa gəlmişdi?”
İcra Hakimiyyətinin qarşısına "Azərlotereya"nın köşkü qoyulub - FOTO
"Nazirliyin məqsədi nədir, bizi bağlamaq istəyirlər?" - Xalq artistindən Əlisa Cabbarovla Orxan Fikrətoğlunun "söz atışması"na reaksiya
Müdafiə naziri: "ABŞ-ın gözlənilməz hərəkəti Rusiya təhlükəsini daha böyük hala gətirib"
Sərhəddə əməliyyat: saxlanılanlar var
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail? - TƏHLİL
Fransa MN: "Artıq "Soyuq müharibə" dövründə deyilik, lakin sülh dövründə də deyilik"
Qaz Emalı Zavodunun direktoru dəyişdi - Təyinat
İsrail Livana PUA ilə zərbə endirdi - Ölən var
Polşanın baş naziri Türkiyəyə gəlir - Sabah
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əmlak Məsələləri Dövlət Xidmətinə yeni səlahiyyət verildi - Fərman
İstanbulda DHKP/C-yə qarşı əməliyyat: 32 nəfər saxlanılıb - Aralarında vəzifəli şəxslər də var
Ceyhun Bayramov Astanada Tokayevlə görüşüb - Müzakirə + FOTO
Şimali Makedoniya prezidenti Fəxri xiyabanda - FOTOLAR
32 yaşlı fələstinli İsrail hərbi maşınının altında qalaraq ölüb
Almaniyada hava limanı işçiləri maaş davasına qalxıb - Əlavə 350 avro və 3 günlük məzuniyyət...
Kamran Əliyev 17 nəfəri qəbul etdi - Müvafiq göstərişlər verilib
Trampdan Maska dəstək nümayişi: "Yeni Tesla alacağam"
Şimali Makedoniya prezidenti Bakıda İlham Əliyevlə görüşdü, birgə bəyanat verildi - FOTOLAR (Yenilənib)
Miqrasiya orqanlarına işə qəbul qaydası dəyişib
Şimali Makedoniya prezidenti Bakıda Zəfər parkında - FOTOLAR
“Tramp və əmim oğlu Putinin xeyrinə işləyən axmaqlarıdır” - Ukraynada 3 il döyüşmüş amerikalı: “Silah yoldaşlarımı öldürəcək siyasətə”...
Suriyada yeni rejimlə YPG arasında anlaşma: nələr olacaq? - TƏHLİL
Axtarışa verilmiş 3 nəfər Rusiyadan Azərbaycana gətirilib
Prezident 80 yaşlı deputatla bağlı sərəncam imzaladı
Yazıçı Anarın məhkəməylə hədələdiyi şair: "Daha ciddi, iyrənc faktlar bilirəm, onların hamısını açıqlayacağam"
Sabahın hava proqnozu açıqlanıb
“Rəqabət Məcəlləsi" haqda qanuna dəyişiklik təsdiqləndi
Bakıda küçədə kütləvi dava: saxlanılanlar var (Yenilənib)