"Görülən işlərin 15 faizi Nəcməddin Sadıkova, 3 faizi isə Maliyyə İdarəsinə verilirdi..." - Sensasiyalı məhkəmə işi
CƏMİYYƏT
22.05.2024, 09:42
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Son prosesdə şahid Rəhim Laçınova ibtidai istintaqda verdiyi ifadəsi xatırlandıqdan sonra Nəcməddin Sadıkovun adını çəkməsinə belə aydınlıq gətirib: “Mən tender komissiyasının 5 üzvündən biri olmuşam. Mənə heç bir məbləğ verilmirdi, ƏDV-dən kənar görülən işlərin 15 faizi Nəcməddin Sadıkova, 3 faizi isə Maliyyə İdarəsinə verilirdi. Ancaq mən görməmişəm ki, Fikrət Mirzəyev aparıb Maliyyə İdarəsinə pul versin, ancaq deyirdi verirəm. Onun ifadəsi əsasında da məndə ibtidai istintaqda ifadə vermişəm”.
Daha sonra general Nizami Məmmədovun “Maliyyələşmə gedəndə bilirdiniz ki, hansı firmaya nə qədər pul köçürürük” sualına şahid belə cavab verib: “Yox, mən sənədləri görmürdüm. Amma müqavilənin qiymətini görürdük. Şirkətlər müqavilələri Fikrət müəllim olmayanda mənə verirdilər. Ümumi köçən məbləğin 3 faizini Maliyyə İdarəsinə verirdik”.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin “3 faizi maliyyələşməyə nəyə görə verirdiniz” sualına şahid belə cavab verib: “İbtidai istintaq Nizami müəllim tutulandan sonra bizdən ümumi hesabatı istəmişdi. Müstəntiq hesabata baxıb bizə suallar verirdi, biz də təsdiq edirdik. Fikrət Mirzəyevin ifadəsi həmin hesabata uyğun yazılıb. Mən də onların dediklərinin düz olduğunu görüb təsdiq edərək ifadə vermişəm”.
Daha sonra Rəhim Laçınov təmir bölməsində 2016-cı ildən işlədiyini deyib. Qeyd edib ki, 2017-ci ilin iyul ayından köçürülən pulların 18 faizi ona çatdırılıb: “Həmin məbləğin 15 faizi Nəcməddin Sadıkova, 3 faizi isə Maliyyə və Büdcə İdarəsinə göndərilib. Bütün bunları da Fikrət Mirzəyevin deməyinə əsasən yazmışam. Ancaq dəqiq bilmirdim ki, Fikrət müəllim həmin 3 faizi Maliyyə və Büdcə İdarəsinə çatdırıb və yaxud çatdırmayıb”.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Nəcməddin Sadıkovun adı bu günə qədər xeyli cinayət tərkibli əməllərdə çəkilib: “Məhkəmədə maliyyə yeyintilərindən söhbət açılır və Nəcməddin Sadıkovun adı həmin maliyyənin 15 faizini ələ keçirən şəxs kimi hallanırsa, yəqin ki, istintaq orqanı bu istiqamətdə də müvafiq addımlar atacaq. Nəcməddin Sadıkovun barəsində gec-tez ölçü götürüləcək”.
Natiq Ələsgərov deyib ki, hərbi ekspert, ehtiyatda olan zabit Elçin Axundzadənin Nəcməddin Sadıkovla bağlı mətbuatdakı çıxışı faktiki olaraq sabiq Baş Qərargah rəisinin kimliyini ortaya qoyur. Elçin Axundzadə hələ 2020-ci ilin dekabrında Sadıkovun cinayətkar fəaliyyətini ifşa edən fikirlərlə çıxış etmişdi.
Elçin Axundzadənin fikirlərindən sitat: “Mən bu qurumun ən korrupsiyalaşmış, rüşvətin inkişaf etdiyi, yeyintiyə yol verilən qurum olduğunu deyərdim. Çox azərbaycanlı zabit və generallar ordumuzdan şər və böhtanla uzaqlaşdırılıblar. Onların böyük əksəriyyəti xalqına xidmət edən, əsgərinə qayğı göstərən milli ruhlu zabitlər olub. Bütün bunlarda Nəcməddin Sadıkovun böyük rolu oldu”.
Elçin Axundzadə bildirib ki, Müdafiə Nazirliyinin aldığı keyfiyyətsiz silahlar, ordudan incidilərək uzaqlaşdırılan generallar, hərbi hissələrdəki yeyinti və mənimsəmə faktları mütləq şəkildə yoxlanılmalıdır: “Nəcməddin Sadıkovun adı hələ 2016-cı ilin aprel döyüşlərində hərbiçilərimiz tərəfindən nifrətlə çəkilməyə başladı. Çünki zabit və komandirləri yalan yerə ittiham edərək həddən artıq incitdi, həbs etdirdi. Dövlət başçısının qarşısına Nəcməddin Sadıkov tərəfindən tərtib edilib qoyulmuş planda Ağdam və Ağdərə rayonlarına hücum planı var idi. Məhz bu plan çoxlu sayda əsgər ölümləri və məğlubiyyətlə nəticələnə bilərdi ki, ordu da, xalq da ruhdan düşsün, Qarabağı azad etmək planlarından əl çəksin. Ali Baş Komandan bu planı görüb onu "qəsd" adlandırmışdı. Bəs bu planı dövlət başçısının qarşısına qoyan Nəcməddin Sadıkov nə planlayırdı? Sadıkovun növbəti hədəfi elit bölmələr və Hikmət Mirzəyev idi. Lakin Ali Baş Komandan hərbi məsələlər üzrə müşaviri Mirzəyevi qorudu və bu generalımızın qələbəmizdə böyük payı var".
Bundan başqa, Elçin Axundzadə “Nə qədər ki, Müdafiə Nazirliyindən Ramiz Mehdiyevin yerləşdirdiyi kadrlar uzaqlaşdırılmayıb, belə narazılıqlar davam edəcək. Bu narazılıqlar da məhz ölkə başçısının gördüyü işlərə kölgə salmaq üçün planlaşdırılır”, - deyə bildirmişdi.
Natiq Ələsgərov isə bildirib ki, Nəcməddin Sadıkovun həbsi üçün kifayət qədər ciddi məlumatlar, faktlar var. Yetər ki, onunla bağlı siyasi qərar verilsin, qalan məsələlər qısa müddətdə həllini tapa bilər.
Mənbə: Musavat.com.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:05 MƏDƏNİYYƏT
-
Diplomat və hərbi attaşelər "İstisu" zavodunda - FOTOLAR
12.09.2026, 21:36 GÜNDƏM
-
Xarici İşlər Nazirliyi məlumat yayıb
12.09.2026, 18:09 SİYASƏT
-
Hikmət Hacıyev diplomatların qarşısında erməni yalanını belə ifşa etdi - VİDEO
12.09.2026, 14:40 SİYASƏT
-
Diplomatlar Gəncəsər Monastır Kompleksində - VİDEO
12.09.2026, 13:16 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
12.09.2026, 13:09 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü
12.09.2026, 11:01 İQTİSADİYYAT
-
Burla xatun, Gülya, Cəbiş müəllimin arvadı... - Şəfiqə Məmmədova haqqında nəyi bilirik?
12.09.2026, 10:53 MƏDƏNİYYƏT
-
"Məleykə Abbaszadəyə hər zaman hörmətlə yanaşmışam və..." - Misir Mərdanov fikirlərinin təhrif edildiyini deyir
12.09.2026, 10:09 SİYASƏT
-
“ASAN Kommunal” mərkəzinin yerləşdiyi bina kimindir? - 660 min manatlıq sövdələşmə barədə maraqlı faktlar yayıldı
12.09.2026, 09:07 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12.09.2026, 00:02 CƏMİYYƏT
-
İranın dəstəklədiyi Husilər Səudiyyə Ərəbistanını "dalan"a dirədi: "Şərq-Qərb boru kəməri qapadıldı"
11.09.2026, 23:21 GÜNDƏM
-
"Fənərbağça"dan Baş məşqçi ilə bağlı daha bir - Açıqlama
11.09.2026, 23:14 İDMAN
-
Abdullah Öcalana adada villa tikilib: bağlı-bostanlı və... - Nələr yoxdur ki...
11.09.2026, 23:03 SİYASƏT
-
Ərdoğan adını daşıyan universiteti ziyarət edib - FOTO
11.09.2026, 19:44 GÜNDƏM
-
Norveç Şahzadəsi vəfat etdi - 94 yaşında
11.09.2026, 18:48 DÜNYA
-
İmamoğluna artıq siyasi fəaliyyət qadağası qoyuldu, iş kəsildi - Məhkəmə iki dəfə bəraət aldığı qərarı dəyişdirdi, zalda gərginlik böyüdü
11.09.2026, 18:22 SİYASƏT
-
"Fənərbağça"da İsmayıl Kartal dövrü başa çatdı - Baş məşqçi geri dönmədi
11.09.2026, 18:00 İDMAN
-
Aqrar Xidmətlər Agentliyində yeni təyinat olub
11.09.2026, 17:58 İQTİSADİYYAT
-
Prezidentdən daha bir sərəncam - Mərkəz və Agentliyə yeni səlahiyyət verildi
11.09.2026, 17:55 İQTİSADİYYAT
-
Prezident daha üç nəfərə vəzifə verdi (YENİLƏNİB)
11.09.2026, 17:27 GÜNDƏM
-
Prezident Fərid Şəfiyevi yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM
11.09.2026, 17:17 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
11.09.2026, 17:00 İQTİSADİYYAT
-
Hava ilə bağlı - Xəbərdarlıq
11.09.2026, 16:54 GÜNDƏM
-
58 ölkə və 9 beynəlxalq təşkilatın 150 nəfərdən ibarət heyəti Qarabağ bölgəsində... - Hikmət Hacıyevin müşayiəti ilə + FOTOLAR (Yenilənib)
11.09.2026, 16:26 GÜNDƏM
-
Əli Əsədov İqtisadi Şuranı topladı: nələr müzakirə olundu?
11.09.2026, 16:08 İQTİSADİYYAT
-
Husilərlə bacarmayan Səudiyyə, savaşa meylli Pakistan, susqun Türkiyə, arxada gizlənən İran... - DÜNYANIN GÖZÜ YƏMƏNƏ ÇEVRİLİB
11.09.2026, 16:00 GÜNDƏM
-
RƏSMİ MOSKVA DAHA BİR ÖLKƏNİ HƏDƏLƏDİ: "Əgər bir ölkənin bizə qarşı nüvə təhdidi olacaqsa, niyə boş dayanmalıyıq ki?"
11.09.2026, 15:59 GÜNDƏM
-
Pakistan: "ABŞ və İranın yenidən danışıqlar masasına qayıtması üçün əlimizdən gələni edirik"
11.09.2026, 15:52 DÜNYA
-
Kolleclərdə boş qalan yerlər: qəbulun nəticələri açıqlanıb
11.09.2026, 15:44 GÜNDƏM
-
ABŞ-ın ölkəsindən qaçırdığı Maduronun həyat yoldaşı ev dustaqlığına buraxılacaq? - Vəkillər vəsatət verdi
11.09.2026, 15:32 GÜNDƏM
-
“Tamaşaçı üçün nə fərqi var ki, məni yutubda izlədi, yaxud da televiziyada?”
11.09.2026, 15:30 PRESS
-
Deputat: "Allahla kimsə müqavilə bağlayıb ki, nə vaxt vəfat edəcək?"
11.09.2026, 15:26 MƏDƏNİYYƏT
-
Xalq artistinin qızının keçmiş nişanlısı: "Məni qınayanların başına və balasının başına gəlsin"
11.09.2026, 15:23 ŞOU-BİZNES