Helikopter qəzasında həlak olan İran prezidentinin cənazəsi Tehrana gətirilib - FOTO (Yenilənib)

img

21-05-2024 [17:39]


Helikopter qəzasında həlak olan prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Əbullahiyan və digər rəsmilərin cənazələri Təbriz şəhərindən Tehrana gətirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Paytaxtın Mehrabad hava limanına gətirilən cənazələrin qarşılanma mərasimi keçirilib.

Dəfn mərasiminin təşkilat komitəsindən verilən məlumata görə, Rəisi və onu müşayiət edənlər üçün cənazə namazı çərşənbə günü Tehranda qılınacaq.

Cənazə mərasiminin İnqilab Meydanından Azadi Meydanına qədər davam edəcəyi paylaşılan açıqlamada namazdan sonra vətəndaşlardan ictimai nəqliyyatla əraziyə gəlmələri istənilib.

Tehranda keçiriləcək mərasimdə İran lideri Əli Xamneyinin cənazə namazı qılması gözlənilir.

Əvvəlki açıqlamalarda cəsədlərin Tehrandakı mərasimdən sonra cümə axşamı Qum və ya Məşhəd şəhərində dəfn ediləcəyi bildirilib.

***

Mayın 19-da qəzada ölən prezident İbrahim Rəisi Qum şəhərində dəfn ediləcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

Bildirilib ki, prezident və onunla birgə həlak olanlar bu gün günorta saatlarında Qum şəhərində dəfn olunacaqlar.

Lamiyə Əhmədli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq