BU DEPUTATLARI EROTİK VİDEO İLƏ ŞANTAJ ETMƏK İSTƏYİBLƏR

img

20-05-2024 [22:15]


Azərbaycanda bir qrup deputatın rəsmi elektron poçt ünvanına  şantaj xarakterli mesajlar göndərilib.

Mia.az Gununsesi.info-uya istinadla xəbər verir ki, özünü Bred Hawk kimi təqdim edən şəxs [email protected] ünvanından bir qrup deputatın elektron ünvanına yazdığı mesajda  onların intim görüntülərinin əlində olduğunu  və 10 min ABŞ dolları verməyəcəkləri təqdirdə bu görüntülərin xarici  teleqram kanallarında yayılacağını yazıb.

Bu mesaj deputatlardan  Sahib Əliyevə, Azər  Badamova,  Kamran Bayramova,  Məzahir Əfəndiyevə, Emin Hacıyevə , Malik Həsənova və  Vüqar İsgəndərova göndərilib.

Bildirilir ki, araşdırmalar zamanı  bu mesajın arxasında kibercinayət niyyəti ortaya çıxıb.

Belə ki, mesajda  məqsəd deputatları təəccübə salmaq və  “erotik videolarının əks olunduğu” linki onlara göndərdikdən sonra  mobil bank tətbiqlərini ələ keçirməkdir.

Deputatlardan kimlərin bu tələyə düşüb-düşməməsi bəlli deyil.

Elmar Elnuroğlu

Gununsesi.info


Digər xəbərlər
SON XƏBƏRLƏR