Azərbaycan turizmi: uğurlu təcrübələr - Qalib Arif yazır
20-05-2024 [09:07]
Birmənalı demək olar ki, Azərbaycan tarixən və təbiətən turizm ölkəsidir. Mülayim iqlimi, gözəl təbiəti və möhtəşəm tarixi abidələri bura hər zaman xarici qonaqları və imkanlı insanları cəlb edib.
XX əsrdən etibarən həmin qonaqlar və insanlar turist adlanmağa başlasa da, eyni mənanı daşıyıb. Bir az təvözəkarlıqdan uzaq olsa da, demək lazımdır ki. azərbaycanlılar öz qonaqpərvərliklərinə, comərdliklərinə görə bütün qafqazlarda (Böyük və Kiçik) ön sıralardadır.
Bizdə hətta iki, üç otaqlı darısqal şəhər mənzillərində belə («Xruşşovka» adlanır) qonaq otağı olur və bəzən aylarla, illərlə səhmanını pozmur - öz qonağını gözləyir. Bizdə hətta kasıb, soyuducusu omayan kənd evlərində belə qonağa qoç kəsirlər, sonra ətin qalanını hara edəcəklərini, kimə verəcəklərini bilmirlər.
Bir sözlə, Allah əzəl-başdan Azərbaycanın təbiətini də, torpağını da, adamını da qonaq (oxu: turist) qəbul etmək üçün yaradıb.
Bəs biz niyə turist ölkəsi ola bilmirik, bu sahədə hətta hamının bildiyi kimi, qonşu kasıb Gürcüstandan da geriyik?
Axı, biz «Avrovizion» keçirdik, Avropa oyunlarına, neçə-neçə dünya yarışlarına, beynəlxalq konfranslara ev sahibliyi etdik, indi də «Formula-1»-ləri qəbul edirik, COP29-a gedirik, Azərbaycanı bütün dünyaya göstəririk. Turistlər gəlmək, görmək istəmirlər, bəlkə gəlmək, görmək istəyirlər, gələ bilmirlər?
Bəli, yavaş-yavaş mətləbin ətrafında fırlanıram, fırlandıqca mətləbə yaxınlaşıram.
Masallıdan, «İstisu»dan, onun sahibi İldırım Allahyarovun uğurlarından, bu uğurların timsalında turizm biznesinin inkişafından danışmaq istəyirəm. Bəlkə çoxları bilmir, Masallı Azərbaycanın ən varlı rayonlarından biridir. 200 mindən çox əhalisi var, rayonda onlarla mebel sexi (dördü böyük zavoddur), yüzdən yuxarı istirahət mərkəzi fəaliyyət göstərir, bir çoxu respublika əhəmiyyətlidir.
«İstisu» istirahət mərkəzi də axırıncılardan biridir. «İstisu»ya yolum 2000-lərdə, rəsmi qəzetin cənub bölgəsi üzrə müxbiri işlədiyim dövrlərdə düşdü. İldırım müəllimlə görüşdük, bu maraqlı insanın sadəliyinə və dünya görüşünün genişliyinə heyrət etdim. «İstisu», onun tarixi, indisi, gələcəyi, nələr etdiyi və etmək istədiyi barədə səmimi bir həvəslə, təbii bir qürurla danışırdı, sanki öz övladından söz açırdı. Həmin zamanlarda işə təzə girişmişdi, obyekt yeni özəlləşmişdi, mərkəzdə hələ 3-4 mərtəbəli yeni kotteclər tikilməmişdi, bir-iki mərtəbəli köhnə evlər fəaliyyət göstərirdi. İndiki müasir, geniş və işıqlı vanna otaqları da yox idi. Qəbul imkanları da böyük deyildi, mərkəzdə bir dəfəyə güclə yüzə qədər adam dincələ bilərdi. Amma «İstisu» qonaq-qaralı idi, gələnlərin ardı-arası kəsilmirdi.
Sonrakı illərdə bir neçə dəfə «İstisu»ya getdim, yenilikləri, nailiyyətləri məmnuniyyətlə müşahidə etdim. Mərkəz getdikcə genişlənir, yeni, müasir kotteclər tikilir, işıqlı, geniş vanna otaqları istifadəyə verilirdi. Artıq fizioterapiya, massaj kabinetləri də işləyirdi. Qonaqların, gəlib-gedənlərin də ardı-arası kəsilmirdi. Uğurların səbəbi nə idi, axı, dediyim kimi, yalnız Masallının özündə 100-ə qədər istirahət mərkəzi var idi. Qonşu Lənkəranda, Astarada da hələ sovet dövründən qalma «İstisu» sanatoriyaları fəaliyyət göstərirdi. Amma insanlar Masallıya, onun «İstisu»yuna üstünlük verirdi. Düşünürəm ki, əsas səbəb istirahət mərkəzinin sahibi İldırım Allahyarovun siyasətçi (turizm biznesi qəliz şeydir, burda siyasətsiz iş keçmir) olması idi. İldırım müəllim 10 ildən yuxarı Masallı İcra Hakimiyyətində işləmiş, icra başçısının 1-ci müavini vəzifəsinə yüksəlmişdi. Turizm biznesinə də siyasətdən gəlmişdi, o, insanların nə istədiyini bilirdi və bu istəyi onlara vermək niyyətində idi. Şəhərdən, kənddən, Azərbaycanın hər yerindən «İstisuya» gələn insanlar müalicə olunmaq və istirahət etmək istəyirdilər. Müalicə imkanlarını təbiət özü yaratmışdı, «İstisu» suyu kükürdlü, isti, min dərdin dərmanı idi. Bir qalırdı bu dərmanı insanlara çatdırmaq və istirahət imkanları yaratmaq…
Amma insanların da hamısı eyni imkanlı deyildi. Deyilənə görə, Allah özü insanları fərqli yaradır, biri güclü, biri gücçüz, biri istedadlı, biri istedadsız… Odur ki, yaşa dolandan sonra biri kasıb, biri varlı, biri imkanlı, biri imkansız olur. Amma hamı müalicə olunmaq, sağlam qalmaq, istirahət etmək istəyir. Deməli, insanlara seçim imkanı vermək lazım idi ki, hərə «öz yorğanına görə ayaq uzatsın». Düşünürəm ki, İldırım Allahyarovun siyasəti, uğurlarının əsas səbəbi də bu idi, o, insanlara seçim imkanları vermişdi.
Bu gün Masallının «İstisu» istirahət mərkəzinə həmkarlar İttifaqı vasitəsilə Bakıda putyovka almaq olar və 10 günlük 3 nəfərlik putyovkanın qiyməti 300-400 manat civarındadır. Əgər putyovkasız getsən, adambaşına 10 manatdan 50 manata qədər otaq tapmaq olar, vannaların da qiyməti 5 manatdan 15 manata kimi dəyişir.
Yəni hamı öz imkanları dərəcəsində «İstisu»da istirahət edə bilir. Eyni zamanada, istirahət mərkəzində qonaqlara pulsuz xidmət edən və hərəyə öz evindəki kimi yemək verən yeməkxana da fəaliyyət göstərir. Və qeyd edək ki, istirahət mərkəzinə gedib-gəlmək də çətin deyil. Masallı Bakıdan 3 saatlıq, «İstisu» Masallıdan yarım saatlıq məsafədədir. Bir sözlə, 3 nəfərlik bir ailə ictimai nəqliyatdan istifadə etsə, Bakıdan 30-40 manata gedib «İstisu»ya çıxa bilər.
Bütün bünları deməkdə məqsədim Masallının «İstisu»yunu reklam etmək deyil, yuxarıda dediyim kimi, bir nümunənin timsalında turizm biznesinin mahiyyətini göstərməkdir. Belə çıxır ki, bu biznesin uğurunun əsas səbəbi xidmətin, istirahətin əlçatan, sərfəli olması, insanlara seçim imkanlarının verilməsidir. Düşünürəm ki, qonşu Gürcüstanın turizm biznesi sahəsindəki uğurlarının da əsasını bu amillər təşkil edir. Əvvəla, dünyanın hər yerindən Tiflisə, Tiflisdən də dünyanın hər yerinə təyyarə biletləri ucuzdur, hətta o qədər ucuzdur ki, Rusiyada, Türkiyədə yaşayan və işləyən azərbaycanlılar Tiflisə uçur və sonra qatarla, maşınla (quru yolların açıq olduğu dövrdə) Azərbaycana gəlirdilər. Sonra, Gürcüstanda «gündüz çıraqla» gəzsən, 4-5 ulduzlu otel tapa bilməzsən, gərək Tiflisə gedəsən. Amma 2-3 ulduzlu mehmanxanalar, sadə yataqxanalar istənilən qədərdir. İstirahət mərkəzlərində, otellərdə də qiymətlər ucuzdur, Masallının «İstisu»yunda olduğu kimi, günü adambaşına 10 manatdar 50 manata qədərdir.
Bəs bizdə, Azərbaycanda vəziyyət necədir? Obrazlı desək, azərbaycanlı Azərbaycanda bir gün ailəsi ilə, məsələn, Qəbələdə, ya Qubada istirahət etdiyi pula Gürcüstanda (yol pulu da daxil olmaqla) bir həftə dincələ bilər. Bizdə təyyarə biletləri (uzaq, yaxın fərq eləmir) hamısı biznes-klass qiymətinədir. Mehmanxanalarımız da hamısı 5 ulduzludur, qiymətlər də İsveçrənin dağ kurortları, Mayaminin plyaj zonaları səviyyəsindədir. Yəni, bizim sahibkarlar bilmir ki, biznes klasda uçan, 5 ulduzda qalan varlı qonaqlar Azərbaycana gəlmir, Karib alalarına, Alp dağlarına gedir, dünya səyahətinə çıxır, Mayamidə istirahət edirlər. Azərbaycan gələnlər Rusiyadan, ya İrandan gələn orta səviyyəli insanlardır ki, onlar da təyyarə biletinin qiymətini görəndə qorxurlar, gələnlər də otel qiymətlərindən, xidmətin səviyyəsindən peşman olurlar. Odur ki, turistlərimizin sayı ildən ilə artmaq əvəzinə azalır.
Burda mətləbdən bir az uzaqlaşmaq, mətləbə dəxli var deyə bir lətifə danışmaq istəyirəm. Deyirəm əsəblər bir az boşalsın, oxucular ləzzət, turizm sahəsinə baxanlar ibrət alsın.
Deyirlər bir gün səhər-səhər Molla Nəsrəddinin qonağı gəlir. Molla bunun qabağına yağ-pendir əvəzinə sirkə xiyar qoyur. Qonaq deyir, ay mola, axı səhər-səhər sirkə xiyar yeməzlər, şirinçay içərlər. Molla qayıdır ki, qonaq ev yiyəsinin qulu olmalıdır, harda desə, orda oturmalıdır. İndi mənim evimdə sirkə xiyar var, yesən də budur, yeməsən də. Bəs qonaq nə edir? Lətifədə bu barədə deyilmir, amma aydındır ki, qonaq bir daha mollanın evinə gəlmir...
Böyük alman filosofu Karl Marksın maraqlı bir kəlamı var, deyir ki, təklif vermədən tənqid etmək simasızlıqdır. Əgər filosof deyirsə, deməli hamıya aiddir və bu sətirlərin müəllifi də öz təkliflərini verməlidir. Hesab edirəm ki, çıxış yolu var, ölümdən başqa hər şeyin çarəsi var. Yuxarıda deyildiyi kimi, biz «Avrovizion» keçirdik, Avropa oyunlarına, neçə-neçə dünya yarışlarına, konfranslarına ev sahibliyi etdik, indi də «Formula-1»-i qəbul edirik, COP29-a gedirik, Azərbaycanı bütün dünyaya göstəririk. Bütün bunlar qonaqları Azərbaycana gətirmək üçündür. Amma burda «Xiyar siyasəti» yeritsək, qonaq küsüb gedər, çəkilən əziyyət də hədər. Deməli, «İstisu» siyasətinə keçmək, yəni qonağa seçim imkanı vermək lazımdır. Amma bu, göründüyü və deyildiyi qədər asan deyil. Bunun üçün siyasi iradə lazımdır, turizm sahəsi liberallaşmalıdır, bu sahədə inhisarçılıca son qoyulmalı, rəqabət mühiti yaradılmalıdır. (Eyni fikirlər AZALA, turistləri Azərbaycana gətirən bütün yollara aiddir).
Meksikanın maraqlı bir təcrübəsi var, 20-30 il bundan qabaq Meksika körfəzi sahili boyunca uzanan minlərlə kilometr ərazi, turizmi inkişaf etdirmək məqsədilə, yerli sahibkarlara pulsuz verildi. Eyni zamanda, biznes planları təqdim edənlər faizsiz kreditlərlə təmin edildi. İndi deyirlər, Meksika körfəzinin sahilləri turizm cənnətini xatırladır. Hesab edirəm ki, Azərbaycanda da bunun üçün geniş imkanlar var, Bakıdan şimala Xaçmaza, cənuba Astaraya kimi, Xəzərin sahilləri boşdur. Bu torpaqları sahibkarlara pulsuz vermək, onları güzəştli kreditlərlə təmin etmək olar ki, həmin torpaqları turizm cənnətinə çevirsinlər, istirahət mərkəzləri, hotellər, motellər tiksinlər, bütün düryadan turistləri Azərbaycana cəlb etsinlər.
Qalib ARİF,
MİA.AZ
“Kənd sağlamlığı günləri” adlı layihəinin icrasına başlanılıb
Əkrəm İmamoğlunun atasına məxsus ərazidə nə axtarılır? - "Övladlarının ciyərindən ət yesinlər, lakin..." (FOTOLAR)
Təl-Əvivdə partlayışlar olub
"RUS ƏSGƏRİNİN AYAQ BASDIQĞI HƏR YER BİZİMDİR" - "3-cü Dünya Müharibəsi ehtimalı böyükdür"
Donald Tramp dialoq qapısını açır: "İran həftələr sonra nüvə silahına sahib ola bilər"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naim və Erol Əzizov qardaşlarının milyonları... - Partiya sədri elə iddialar irəli sürdü ki...
"Fənərbağça" təkzib edir
İranda zəlzələ baş verib - 5,5 bal gücündə
İndoneziya prezidenti: "Açıq deyəcəyəm: Rusiya və Çin heç vaxt ikili standartlarla davranmır"
Sumqayıtda 40 yaşlı şəxsi bıçaqlayıblar
Axund 16 yaşlı qızı qaçırıb - Bakıda
Bako Sahakyan Bakıda hakim qarşısında sualları cavablandırır
İran XİN başçısından dünyaya çağırış: "İsrailə qarşı tədbir görün"
Hayfa meri: "İran iki strateji nöqtə vurub"
Britaniya İrandakı səfirlik işçilərini geri çağırıb
Deputatlar sabah toplanır - Hansı qanunlar müzakirə olunacaq?
İsrail və İran bir-birlərinə yenidən zərbələr endirir
Tələbələr narazılıq edir - TİKA isə oxu başqa istiqamətə yönəldir
Hacı Vəliyev haqqında həbs qətimkan tədbirinin müddəti uzadılıb
İCRA BAŞÇISI XALASI OĞLU OLAN HƏMKARININ HƏBSİNƏ BELƏ REAKSİYA VERDİ: "Nə deyim ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Abzas Media" əməkdaşlarına hökum oxundu - Məhkəmə prosesi
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bakının daha üç rayonunda prokuror təyinatı oldu
Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib
"Ulduz"lu görüşlər"in növbəti qonağı Mətanət Vahid olub - FOTOLAR
“Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub - Leyla Əliyeva ilə Arzu Əliyeva tədbirdə + FOTOLAR
"Aslan Abakarov həkimlə məsləhətləşmədən dərman qəbul edib" - Federasiya açıqlama yaydı
Prezident İlham Əliyev UFC-nin prezidentini qəbul edib - FOTOLAR
Çinlə daha bir saziş qüvvəyə mindi - Prezident fərman imzalayıb
İsrailin müdafiə naziri "Hizbullah"ın liderini ölümlə hədələdi: "Sələflərindən dərs almayıb?"
Prezident İlham Əliyev daha bir Fərman imzalayıb
“Sabah” əcnəbi baş məşqçi ilə anlaşdı - 3 illik müqavilə ilə
Pensiyalar nə vaxt ödəniləcək? - Rəsmi açıqlama yayıldı
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət mülkiyyətində olan maşınlar satışa çıxarılıb
ADA Universitetində tələbələr üçün yeni ixtisaslar açılacaq
NAXÇIVAN ALİ MƏCLİSİ İLƏ NAZİRLƏR KABİNETİNİN SƏLAHİYYƏTİ DƏYİŞİR - Nələr olacaq? (YENİLƏNİB)
İlham Əliyev özbəkistanlı naziri qəbul edib - FOTOLAR
"İşimi itirmək mənim üçün ailəmin bütün təməlini itirmək deməkdir" - "Azəriqaz"ın xadiməsi
Bağlanmış bankların əmlakları satışa çıxarılıb