YAP funksionerindən 25 partiya lideri ilə görüş haqda açıqlama: "Onlar dialoqun fəal iştirakçılarıdır"
18-05-2024 [09:03]
"Demokratik cəmiyyətin varlığını təsdiqləyən mühüm amillərdən biri çoxpartiyalı sistemin təşəkkül tapması, partiyaların normal fəaliyyəti üçün sağlam mühitin yaradılması, bu qurumlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, bugünümüzə və gələcəyə xidmət edən düşünülmüş, məqsədyönlü siyasətin əsas istiqamətlərindən biri siyasi islahatların dövrün tələbinə uyğun olaraq təkmilləşdirilməsi, vətəndaş həmrəyliyinin bərqərar olmasıdır. Bu mühüm məqamı qeyd etmək yerinə düşər ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin yaşadığı problemlər vətəndaş həmrəyliyinin olmaması faktını da təsdiqlədi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin xəyanətkarlıqları nəticəsində real vəziyyəti həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan dahi şəxsiyyət Heydər Əliyevə ünvanladıqları müraciətdə daha aydın və ətraflı şəkildə əks etdirən məşhur “91-lər” bu faktı xüsusi qeyd etmişdilər ki, yeni-yeni partiyaların meydana çıxması fonunda ölkədə ictimai-siyasi həmrəyliyin yaradılması istiqamətində heç bir iş görülmür. Mövcud siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, öz ətrafında müxtəlif zümrələrdən olan insanları birləşdirə biləcək, beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövrün, zamanın tələbi, xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ilk gündən bu birliyin, həmrəyliyin formalaşdırılmasına xüsusi diqqət göstərməyə başladı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin əsas çağırışları sırasında bu məqam xüsusi qeyd edilirdi ki, nə qədər partiya olur-olsun, onların hamısı bir məqsədə - Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. Bu çağırış siyasi partiyaların birliyinə, həmrəyliyinə xidmət etməklə yanaşı, siyasi diloq mühitinin formalaşdırılmasının dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu təsdiqlədi. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin vətəndaş birliyinin möhkəmləndirilməsi yönümündə atdığı addımlar öz müsbət nəticəsini 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi, eyni zamanda, postmünaqişə dövründə göstərdi".
Bu fikirləri Mia.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə deyib.
O bildirib ki, ölkənin inkişafında siyasi partiyaların rolunun artırılması, demokratik təsisatların inkişaf etdirilməsi, hələ 1992-ci ildə qəbul edilən “Siyasi partiyalar haqqında” Qanuna yeni sənədin qəbuluna qədər dövrün tələblərinə uyğun olaraq dəfələrlə əlavə və dəyişikliklərin edilməsi, siyasi partiyaların iqtisadi müstəqilliyinin təmin olunması üçün mühüm addımların atılması həyata keçirilən siyasi islahatların əsas tərkib hissəsidir:
"Ümummilli Lider hər bir demokratik cəmiyyətdə müxaliətin olmasını vacib amil kimi önə çəkərək bütün siyasi partiyalara fəaliyyətləri üçün eyni şəraitin yaradılmasına çağırışlar edir və bunu əməli fəaliyyəti ilə sübut edirdi. Təbii ki, burada söhbət konstruktiv müxalifətdən gedir. Radikallığı özlərinə fəaliyyət istiqaməti seçən qüvvələrin əməkdaşlığa maraq göstərmək, öz ambisiyalarını bir kənara qoyub dövlət maraqlarının müdafiəsinə çalışmaq barədə yalançı bəyanatları heç kimə inandırıcı təsir bağışlaya bilməz. Bunu 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi zamanı qaragüruhçu radikalların 50-dən artıq siyasi partiyanın dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini ifadə edən Bəyanatına qoşulmamalarından, həmçinin tarixi Zəfərimizin reallıqlarının tələblərinə uyğun olaraq siyasi partiyalar arasında mütəmadi təşkil edilən dialoqlarda iştirak etməmələrindən də aydın görmək mümkündür. İqtidar-müxalifət münasibətlərinin sağlam təməl üzərində inkişaf etdirilməsi dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biridir. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev 2021-ci ildə Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasını təqdir edərək bildirdi ki, bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir".
YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, yeni sənədin qəbulu, yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması, qərargahı olmayan siyasi partiyalar üçün ofislərin ayrılması və sair kimi mühüm məqamlar Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsini, sağlam dialoq mühitinin yaradılmasını təsdiqləyən addımlar sırasındadır: "Bu gün ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti siyasi dialoq proseslərinin fəal iştirakçılarıdır. Azərbaycanda siyasi dialoq sağlam əməkdaşlıq mühiti əsasında formalaşıb və bu, öz təsdiqini əlaqələrin inkişafında tapır. Bu mühüm məqamı xüsusi qeyd etmək lazımdır ki, iqtidarla siyasi partiyalar arasında siyasi dialoq mühitinin daha intensiv xarakter alması məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsi yaradıldı. Adıçəkilən şöbənin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiyaların birgə iştirakı əsasında müxtəlif mövzularda görüşlər təşkil edir. Bu görüşlərdə sağlam fikir mübadiləsi aparılır, demokratik şəraitdə hər bir siyasi partiyanın məsələyə yanaşması, mövqeyi açıqlanır. Bütün siyasi partiyaların irəli sürdükləri təkliflərə verilən dəyər iqtidar-müxalifət münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayır".
Vüqar Rəhimzadə bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində Prezident İlham Əliyev xarici mətbuata çoxsaylı müsahibələrində də ölkəmizdə sağlam siyasi mühitin mövcudluğunu təsdiqləyən faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır: "Cənab İlham Əliyev 2020-ci ilin 21 oktyabr tarixində Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi zamanı jurnalistin “Siz demokratiyanı təşviq etməyə, müxalifətə hakimiyyətə yol açmağa hazırsınızmı” sualına cavabında bildirmişdir ki, ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Azərbaycanda bütün əsas azadlıqlar - siyasi fəaliyyət azadlığı, media azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı təmin olunub. Bununla bağlı məhdudiyyət yoxdur. Bizdə internet azaddır. Bizi tənqid etməyə çalışanlar şayiələr yaymaqdan, Azərbaycanın guya demokratiya sahəsindəki çatışmazlıqlarını siyasi məqsədlər üçün, siyasi təzyiq məqsədilə istifadə etməkdənsə, məzmuna baxmalıdırlar. İndi mən yeni siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib. Yeri gəlmişkən, bu, toqquşmalardan əvvəl olub. İndi, əlbəttə ki, siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı mənim yürütdüyüm siyasəti tam dəstəkləyir. Cəmi iki partiya bu prosesdə iştirak etmir. Cəmi iki partiya Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar Xalq Cəbhəsi partiyası və Müsavat partiyasıdır.
Yeri gəlmişkən, bu iki partiya mənim siyasi dialoqla bağlı təklifimi qəbul etmədi. Mən bu təklifi bir neçə ay bundan əvvəl etmişdim. Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var. İndi zənnimcə, 50 və ya ondan da çox partiya bunu dəstəklədi. Biz siyasi dialoqun çox aktiv fazasındayıq".
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, iqtisadi və siyasi islahatların vəhdətinin qorunması ilə dayanıqlı inkişafımızdan geniş bəhs edib.
Bildirib ki, hər sahədə təcrübəsi nümunə olan Azərbaycanın siyasi dialoq mühitinin formalaşdırılması istiqamətində də təqdim etdiyi model beynəlxalq səviyyədə təqdir olunur:
"Bu model belə bir ümumi mənzərəni ortaya qoyur ki, ölkəmizdə dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun inkişafı dövlət siyasətinin əsas tərkib hissəsidir. Qeyd etdiyim kimi, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşləri bu qurumlar arasında həmrəyliyin möhkəmlənməsində, ölkədə siyasi dialoq mühitinin yaxşılaşmasında mühüm rol oynayır.
Mayın 16-da siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə keçirilən görüş də məhz bu məqsədə xidmət edən addım oldu.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirdi. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, belə görüşlər, eyni zamanda, siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət edir. Sağlam əməkdaşlıq, milli həmrəylik sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdir".
Vüqar Rəhimzadə qeyd etdikləri əsasında belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyir: "Ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində atılan addımlar davamlılığı ilə diqqəti cəlb edir. Sağlam dialoq mühitinin daha da təkmilləşdirilməsi, siyasi partiyalar arasında əlaqələrin möhkəmləndirilməsi tarixi Zəfərimizin reallıqları əsasında müəyyənləşdirilən hədəflərə töhfələr verməyə geniş imkanlar yaradır".
MİA.AZ
Azərbaycan nefti cüzi bahalaşıb
Britaniya Fələstin dövlətini tanıyacaq - Bu həftə
“Yuventus” türk futbolçunun maaşını qaldırdı - 6 milyon avroya
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED uçot dərəcəsi barədə qərarını açıqlayıb
Qəzzada ölənlərin sayı 65 mini ötdü
Sabah Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq - SİYAHI
Əli Əsədov yeni qərar imzalayıb - Dəyişiklik
Azərbaycan və BƏƏ arasında Birgə Biznes Şurası yaradılıb
İlham Əliyev ilk Baş nazirlə bağlı sərəncam imzaladı
FİFA Türkiyə klubunu cəzalandırıb
AYNA-ya yeni səlahiyyət veriləcək
"Neftçi"nin yumruq atan futbolçusuna "yox" deyildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Keçmiş kollec direktoru haqqında cinayət işi açılma xəbərinə belə reaksiya verdi: "Xəbərsizəm..."
Marta Kos sabah Azərbaycana gələcək
Azərbaycan xalq mahnısının ələ salındığı serial... - Partiya sədri "bu, əməliyyatdır, yayımı qadağan olunmalıdır" deyir
Qarabağ Universitetinin yataqxanası istifadəyə verildi - FOTOLAR
Müğənni Xatirə İslamla Tacir Şahmalıoğlu asında qalmaqal böyüyür
İSRAİLİN SURİYAYA TƏKLİF ETDİYİ SAZİŞ: "Bu şərtlərə əməl etsəniz, ölkənizdən çıxarıq"
Bakı metrosunda iş rejimi dəyişib
Azərbaycan Kuboku: püşk atılıb
Yağışlı hava bu tarixədək davam edəcək
MİT direktoru Suriyaya gedib - Ahmet Şara ilə müzakirə olacaq
Şirvan şəhərində yoxlama... - İcra Hakimiyyəti açıqlama yaydı
Partiya funksionerini şantaj ediblər - Oğlunun əməli ilə
Qəzzada daha 29 nəfər ölüb
GENERALIN ƏMLAKLARINA HƏBS QOYULDU - Məhkəmə işi
Lənkəranskinin qardaşının 700 minlik villası ilə bağlı fırıldaq... - Fuzuli rayon sakini haqda məhkəmə qərar verdi
Çempionlar Liqası: Osimhen oynamayacaq?
"Qarabağ" Joze Mourinyoya qapı açdı - "Benfika"də dəyişilik
"Azərpoçt"un adından saxta mesajlar yayılır
İsrail ordusu Qəzza zolağına 50 hava zərbəsi endirib
CHP-yə qarşı daha bir həmlə - Bələdiyyə sədri qandallandı
Misli.az qadın futbolunu niyə bloklayır?
Sabah hava necə olacaq? - Proqnoz
BU DÖVLƏT QURUMALARININ İŞÇİLƏRİ 5 GÜN EVDƏN İŞLƏYƏCƏK - SİYAHI
Deputatdan təklif: "Yaxşı olardı ki, vergi güzəşt müddəti uzadılsın"
“Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən?" - Deputat " yaxası əldə olan bizik" deyir
Türkiyədə gərgin siyasi atmosfer: hansı partiya önə çıxır? - SORĞU
ABŞ "TikTok"un 80 faizini alıb - Şərtlər açıqlandı
"Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir" - İlham Əliyev "Qarabağ"ı təbrik edib
İlham Əliyev Trampdan yazdı: "Dostluğumuzu yüksək dəyərləndirirəm"