Türkiyədə 3 şəhərdə “MAHZEN-44” əməliyyatı: daha bir mafiya çökəldildi

img

14-05-2024 [09:31]


Türkiyədə cinayətkar təşkilatlara qarşı fasiləsiz mübarizə davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən İstanbul, Ədirnə və Batmanda eyni anda “MAHZEN-44” kod adlı əməliyyat daha bir mafiya çökəldilib.

Bu barədə açıqlama verən Daxili İşlər naziri Ali Yerlikaya bildirib ki, Ədirnə prokurorluğu ilə birgə keçirilən əməliyyatla Metin Singerin başçlılıq elədiyi mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib: "Başda Metin Singer olmaqla 15 nəfər saxlanılıb".

Nazirin sözlərinə görə, bu çete üzvləri qəsdən adam öldürməyə cəhd, yağmalama, yandırma, qəsdən yaralama, sui-qəsdlər, girovgötürmə, təhdid və sair cinayətlərdə rol alıblar: "Əməliyyatlar zamanı onlardan sənədsiz tapançalar, 9 saxta pasport və çoxlu digər dəlillər götürülüb".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA