Xidmət rəisi vəzifədən çıxarılıb - Gömrükdə daha bir dəyişiklik

img

13-05-2024 [14:27]


Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifədən çıxarılıb.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, polkovnik Şıxəliyev Elçin Yavər oğlu Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. 

Polkovnik Mustafayev Mübariz İsa oğlu rəis müavini - rəis əvəzi təyin edilib. Bu barədə komitə sədri, general-leytenant Şahin Bağırov müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, 56 yaşlı polkovnik Mübariz Mustafayev Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisinin birinci müavini vəzifəsində çalışıb. Vətən müharibəsi iştirakçısıdır. O, 25 ildən çoxdur DGK-da müxtəlif vəzifələrdə çalışıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA