Putinin Şoyqunu MN-dən uzaqlaşdırmasının iki səbəbi -TƏHLİL
13-05-2024 [13:08]
Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimindən sonra Nazirlər Kabineti tam tərkibdə istefaya gedib. Putin bəzi şəxsləri hökumətdə saxlasa da, Sergey Şoyqunu müdafiə naziri postundan göndərib, yerinə Andrey Belousovu gətirib.
Bu təyinat diqqət çəkir, çünki Belousov mülki məmurdur, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Baş nazirin birinci müavini vəzifələrini icra edib. Yəni onun müdafiə naziri təyin edilməsi Rusiya tarixində nadir hadisədir.
Məsələ ondadır ki, istər Çar Rusiyası, istər SSRİ, istərsə də müasir Rusiyanın hərb nazirləri ya ali hərbi kadrlardan, ya da hərb keçmişi olan şəxslərdən seçilib. Putinin müdafiə naziri postuna Belousovu təyin etməsi bəzi mühüm səbəblərlə bağlıdır.
Birincisi, yuxarıda da qeyd etdiyim kimi, A.Belousov Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifələrində çalışıb. Yəni iqtisadi bilikləri və təcrübəsi çoxdur. Rusiya-Ukrayna müharibəsi iki ildən çoxdur davam edir və rəsmi Moskvanın müharibə xərcləri, itkiləri günü-gündən artır. Bundan başqa, son zamanlar Müdafiə Nazirliyində korrupsiya qalmaqalları, generalların mənimsəmə halları artıb. Putin bu vəziyyətdən ciddi şəkildə narahatdır. Buna görə də hərbi xərclərin tənzimlənməsi, mənimsəmə hallarının qarşının alınması üçün belə bir qərar verdi.
İkincisi, Putinin Şoyqunu Belousovla əvəzləməsinin ən önəmli səbəbi onun hərbi kadrlara lazımi qədər güvənməməsidir. Məsələ ondadır ki, Ukrayna müharibəsinin uzanması daxili auditoriyada narazılığı artırır. Təbii olaraq Qərbin Putin əleyhinə inqilab ssenariləri də aktuallaşır.
Kreml rəhbəri yaxşı bilir ki, Rusiyada bu tezlikdə xalq ayaqlanması olmayacaq. Yəni onun hakimiyyətinə real təhdid ancaq hərbi elitadan gələ bilər. Bir neçə dəfə S.Şoyqunun Putini əvəzlənməsi kimi versiyalar səslənib. Görünür, Putin bu iddialara ciddi yanaşır və ətrafında təhlükəsizlik halqası yaratmağa çalışır. Hərbi elitanın gücünün qırılması Putini buradan gələcək təhlükədən sığortalaya bilər, lakin həmin elitanın Belousovun tapşırıqlarını necə icra etməsi, ya da onun nazirlik fəaliyyəti sual altındadır. Bütün hallarda Putin Rusiya tarixində nadir təyinata imza atdı və bu, kifayət qədər radikal addımdır.
Turan Rzayev
MİA.AZ
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb