RUSİYA ORDUSUNUN BAŞINA MÜLKİ ŞƏXS GƏTİRİLİR - Putin Şoyquya yeni vəzifə verdi, Dumaya isə...

img

13-05-2024 [00:01]


Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunu vəzifədən azad edib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, digər sərəncamla o, Rusiya Təhlükəsizlik Şurasının katibi təyin olunub.

Putinin başqa bir sərəncamı ilə Nikolay Patruşevi Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib.

Sergey Şoyqudan boşalan müdafiə naziri vəzifəsində isə sabiq iqtisadi inkişaf naziri, eyni zamanda, Putinin iqtisadi məsələlər üzrə köməkçisi olmuş postuna Andrey Belousovun namizədliyi irəli sürülüb.

Andrey Belousov

Putun onunla bərabər, Dumaya təsdiqlənmələri üçün XİN başçısı vəzifəsinə Sergey Lavrovun, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə Sergey Narışkinin, Daxili işlər naziri vəzifəsinə Vladimir Kolokoltsevin, Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə isə Aleksandr Bortnikovun təqdimatlarını verib.

Zülfiyyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq