Rusiya ordusu Ukraynada daha 4 qəsəbəni ələ keçirib: "Xüsusi hərbi əməliyyat plana uyğun davam edir"

img

13-05-2024 [00:10]


Rusiya hərbçiləri Ukraynada daha 4 yaşayış məntəqəsini ələ keçirib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi günlük məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu son sutkada Xarkov vilayətində daha 4 qəsəbədən Ukrayna hıərbçilərini çıxmağa məcbur edib: "Ukrayna hərbçiləri böyük itki verərək Xarkov bölgəsindəki Qatişçe, Krasnoye, Morohovets və Oleynikovo yaşayış məntəqələrindən geri çəkilməyə məcbur qalıblar. Hazırda həmin qəsəbələrdə müdafiə xətti möhkəmləndirilməklə yanaşı, xüsusi hərbi əməliyyat plana uyğun davam edir".

Açıqlamada o da bildirilib ki, son sutkada Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 4 “Mi-24” və “Mi-8” tipli döyüş helikopteri, “Miq-29” tipli döyüş təyyarəsi və 36 pilotsuz uçuş aparatı (PUA) vurulub.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub