Rusiya "Harri Potter qalası"nı vurub: 5 nəfər ölüb, 32 nəfər yaralanıb - FOTOLAR

img

01-05-2024 [10:30]


Rusiya Ukraynanın Odessa şəhərində "Harri Potter qalası" kimi tanınan 4 mərtəbəli hüquq akademiyasını vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 5 nəfər ölüb, 32 nəfər yaralanıb. Onlardan 8-nin vəziyyəti ağırdır. 

Bina "İsgəndər-M" ballistik raketi ilə vurulub.

Bu barədə Odessa meri Truxanov açıqlama verib. O, bu hücumu kəskin qınayıb: "Canavarlar. Barbarlar. Bilmirəm nə deyim. İnsanlar dəniz kənarında gəzintiyə çıxır və onları atəşə tutub öldürürlər".

Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk da hücumun “İsgəndər-M” ballistik raketi ilə həyata keçirildiyini bildirib.

Samir Musayev

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR