Sabiq rəis generalı ittiham edir, “Azərsun Holdinq”in adını çəkir: "800 min manatı generala verdim" - General və keçmiş idarə rəislərinin məhkəmə prosesi
29-04-2024 [17:57]
Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin (HDQ) maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az report-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov ifadə verib.
Qeyd edək ki, M.Qurbanov Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə faktı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətindən aparılan istintaq zamanı məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində olan cinayət işi ayrıca icraata götürülüb. Hazırda onun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Məhkəmədə şahid qismində ifadə verən M.Qurbanov tapşırıqla Nizami Məmmədova iki dəfə pul verdiyini deyib:
"Mən Nizami Məmmədova 2018-ci ildə 300 min, 2019-cu ildə isə 500 min manat tapşırıqla pul çatdırmışam. Bu pulun ona nə üçün verildiyini bilməmişəm."
M.Qurbanov deyib ki, hansı şirkətlərlə müqavilə bağlamaq lazım olduğu barədə göstəriş alıb. Şirkətlərdən gələn təklifləri və bağlanan müqavilələri rəisinə məruzə edib.
"Şirkətlərlə bağlı aparılan komissiya üzvləri 12 nəfərdən ibarət olmaqla bir neçə nazirliyin nümayəndəsi təmsil olunub. Komissiyanın sədri isə mənim müavinim idi. Tenderlərdə əsasən “Azərsun Holdinq” ilə onun törəmə şirkətlərinə iştirak etmək icazəsi verilirdi. Nizami Məmmədovun satınalma və təchizata heç bir aidiyyəti olmayıb. O, şirkətlərlə bağlanan müqavilələrdə iştirak etmədiyi kimi danışıqlardan və müqavilələrə hansı məbləğlərin yazılmasından da onun məlumatı olmayıb", - M.Qurbanov deyib.
M.Qurbanov, həmçinin vurğulayıb ki, işlədiyi 2015-2019-cu illər ərzində nazirlik tərəfindən ən çox “Azərsun Holdinq”dən olmaqla ümumilikdə şirkətlərdən 19 milyon 600 min manat pul alınıb.
Müttəhim Nizami Məmmədov Məlikməmməd Qurbanovun ifadəsinə münasibət bildirərək deyib ki, satınalma ona aidiyyəti olmayan bir sahədir.
"2023-cü ilin iyulunda bu məsələ ilə bağlı mənə yeni ittiham verdilər. Mən ittihamla ibtidai istintaq bitəndə tanış oldum. Əgər Məlikməmməd Qurbanovun dediyi məbləği alsaydım, deyərəm almışam. Mən idarəyə rəis gələnə kimi ora “bazar” idi, mən gələndən sonra satınalma ilə bağlı məsələləri yığışdırdım. Daha hər hansı şirkət rəhbəri yanıma gələ bilməzdi. “Azərsun Holdinq”in nümayəndəsi Afdandil Abdiyev ifadəsində guya, mənə pul verdiyini və məni tanıdığını deyib", - müttəhim bildirib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan ümumilikdə 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı artıq ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Lukaşenko Azərbaycanda: Prezidentlər görüşüb, yeni sənədlər imzalanıb - Bəyanat (FOTOLAR) - Yenilənib
Ərdoğan Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb - FOTO
İlham Əliyevin adından Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
Bakıda axtarışda olan qadın saxlanılıb
Niyə pensiya deyil, müavinət verilir? - MARAQLI FAKTLAR
Yardımlıda narkokuryerlər tutulub - FOTO
Nazir baş həkimi vəzifədən azad edilib
Qarabağ Universitetinə sözçü axtarılır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Anderson Taliska "Beşiktaş"a dönür?
Türkiyə Mərkəzi Bankın ehtiyatları bir həftəyə 7.5 milyard dollar artıb - Qızıl isə...
Bələdiyyə sədri həbs olunub - Açıqlama
Lukaşenko Şəhidlər xiyabanını ziyarət edib
iki teatra milli status verilib - Hökumətdən qərar
Əliyevlə Lukaşenko “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar
Fikrət Məmmədovun daha bir kadrı "vurulub" - "Mən yeni vəzifəyə təyinat almamışam" (Yenilənib)
Deputat icra başçısını qınadı: "Zirzəmisinin şəhid ailəsinə ayrılması başadüşülən deyil"
Qəzzada savaş: ölənlərin sayı 35 272-yə çatıb
Dünyanı heyrətə salan olay: 17 yaşında yoxa çıxan gənc 27 il sonra qonşunun tövləsindən tapıldı - FOTO
Şırnakda PKK-ya qarşı daha əməliyyat: 40 nəfər saxlanılıb
ABŞ Konqresinin binasında kokain tapılıb - Polis açıqladı
İsrail İordan çayının qərb sahilində həbsləri dayandırmır
Güllələnən Baş nazirdən yeni xəbər var: "Həyatına təhlükə yoxdur" - 71 yaşlı sui-qəsdçi şair "medianı məhv edib" deyir
Azərbaycanda əhali artıb
Sabah yağış yağacaq
Mətbuat katibi: "Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq"
Ruben Vardanyanın həbs tədbirinin müddəti uzadıldı (Yenilənib)
Rəqsanənin mülklərinə həbs qoyulub
TAKSİLƏRDƏ QİYMƏT ARTIRILIR - Bu tarixdən...
ABŞ Qəzza sahilində müvəqqəti liman tikib: "Yardımlar buradan daha tez çatdırılacaq" - "Qəzzaya heç bir ABŞ əsgəri girməyib"
Lalə Şövkət: "Parlament seçkilərinə qatılmayacağam"
QARADAGDA RÜŞVƏTLƏ EV TİKİNTİSİ: İcra Hakimiyyətinin vəzifəli şəxsi "iş başı"nda tutulub
"Sirab" və "Slavyanka"nın qiyməti süni qaldırılır - Açıqlama
Lənkəranda 22 yaşlı qızı boğaraq öldürüblər, daha sonra isə... - DİN və Prokurorluqdan birgə məlumat
Milli Məclisdə ivrit dilini bilən deputat var - Fransız dilinə üstünlük verənlər də az deyil (SİYAHI)
"Eldar Əzizovun heç vecinə də deyil" - Qaraçuxur sakinlərinin rahatlığını kim pozub? (VİDEO)
Radikal yəhudilər Qəzzaya yardım aparan yük maşınını saxlayıb, sürücünü döyüblər - Ərzaqlar isə yararsız hala salınıb