İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb

img

25-04-2024 [10:01]


İsrail Hərbi Şurasının üzvləri HƏMAS-la əsir mübadiləsi üçün yenidən görüşəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin KAAN telekanalı məlumat yayıb.

Dövlət televiziyası bildirib ki, İsrail Müharibə Şurası və genişləndirilmiş İsrail Siyasi və Təhlükəsizlik Nazirləri Şurası bu gün HƏMAS-la yeni müzakirəyə başlayacaq.

Xəbərdə deyilir ki, İsrail tərəfi görüşə yeni təkliflə gedir: "Bu təklifi İsrail Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Agentliyi (Mossad) və Daxili Təhlükəsizlik Agentliyi (Şin-Bet) birgə hazırlayıb. Bu üç qrumun rəhbərləri son müzakirələrdən sonra təkliflər paketini hökumətlə razılaşdırıblar. Güman olunur ki, bu dəfə HƏMAS-la danışıqlar müsbət atmosferdə bitəcək".

Görüşün Misir və ya Qətərdə olacağı gözlənilir

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR