Peskovdan nazir müavininin həbsinə reaksiya: "Putinin xəbəri var, Şoyqu da..."

img

24-04-2024 [00:37]


Xəbər verdiyimiz kimi, Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət ittihamı ilə saxlanılıb

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, həbslə bağlı Kremlin sözçüsü Dmitri Peskov qısa açıqlama verib.

O, İvanovun saxlanmasından ölkə rəhbərinin əvvəldən xəbərdar olduğunu deyib: "Əməliyyat öncəsi detallı məlumat prezident Vladimir Putinə verilib. Müvafiq olaraq müdafiə naziri Sergey Şoyqu da əvvəlcədən məlumatlandırlmışdı. İstintaq gedir..."

Xatırladaq k, İvanov 2016-cı ilin mayında Putinin imzaladığı sərəncamla Rusiya müdafiə nazirinin müavini təyin edilib. O, hazırda böyük məbləğdə rüşvət almaqda ittiham olunur.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR