Rusiya müdafiə nazirinin müavini saxlanılıb

img

23-04-2024 [23:26]


Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb.

Bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Rusiya Federasiyası müdafiə nazirinin müavini İvanov Timur Vladimiroviç Cinayət Məcəlləsinin 6-cı maddəsinin 290-cı hissəsində (rüşvət almaq) nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb", - məlumatda deyilir(Report).

Məlumata görə, o, 100 milyon rubl rüşvət allb.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR