"İrəli"nin rəhbəri dəyişdirilir - SƏBƏB

img

27-06-2014 [11:35]


Bu gün "İRƏLİ” İctimai Birliyinin 4-cü hesabat seçki konfransı keçirilir. 


Mia.az modern.az-a istinadən xəbər verir ki, tədbirdə Gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov, deputat Fuad Muradov və digər tanınmışların iştirak edəcəkləri gözlənilir.

 "İRƏLİ”nin keçmiş rəhbəri, deputat Ceyhun Osmanlı isə konfransa qatılmayacaq. Onun adı proqramda yoxdur. 

"İRƏLİ”nin indiki rəhbəri Rauf Mərdiyev konfrans öncəsi jurnalistlərə açıqlamasında yenidən namizədliyini irəli sürməyəcəyini bildirib.

Qeyd edək ki, hazırda Four Seasons otelində konfrans keçirilir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA