Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20-04-2024 [00:04]
Qoç - ciddi, genişmiqyaslı işə başlamayın. Yığılıb qalmış, yarımçıq işləri bitirin, sorğulara cavab verin. Vaxtınızı və səylərinizi opponentlərin inandırılmasına sərf etməyin. Köklü yenidənqurmanı iki gündən sonra da reallaşdıra bilərsiniz. Praktik işlərə mümkün qədər çox vaxt ayırın. Birbaşa və ya dolayı mənfəət vəd edən prosesə qatılın. Ailədə məsləhətləşmə, qohumlarla müzakirələr üçün əlverişli gündür. Təmirə başlamaq olar. Axşam saatlarında istirahət edin.
Buğa - yaranan imkanlardan və şanslardan bəhrələnin. Amma tələsməyin, hövsələsizlik etməyin. Eyni vaxtda bir neçə işə başlamayın. Bir işi seçin, amma həmin mövzunun maksimal dərəcədə inkişafı və gerçəkləşməsinə səy göstərin.
Ehtiyac olarsa, yardım istəyin. Sözünüzü eşidəcək, arqumentlərinizi dəyərləndirəcəklər. Hadisələri tələsdirməyin. Yaxın ətrafınızdakı insanlara təşəbbüslə çıxış etmək, situasiyanı qiymətləndirmək üçün imkan yaradın. Axşam saatlarında alış-veriş uğurludur.
Əkizlər - fəal olun, süstlük və ətalətə qapılmayın. Yaxın ətrafınızdakı insanların astagəlliyi, yeni ideyaların reallaşması ilə bağlı şübhələr fəaliyyətinizdə ləngimələrə səbəb ola bilər. Yaranmış şəraiti adekvat dəyərləndirin və əvvəllər təxirə saldığınız məsələlərlə məşğul olun. Təsərrüfat işləri üçün vaxt tapın. Səhhətinizə fikir verin. Axşam saatlarında açıq havada daha çox vaxt keçirin.
Xərçəng - sərbəst və rahat olun. Bu gün kimsə sizə təzyiq etməyəcək, təsir göstərməyə çalışmayacaq. Cari ehtiyaclar və ya həyatın qarşınızda qoyduğu tələblərdən asılı olmayaraq ciddi işlə məşğul olun. Təcili işləri sıralayın. Xoşunuza gələn mövzunu unutmayın. Görüş, xoş ünsiyyət, xəbər və məlumat mübadiləsi, planlar barədə söhbətlər xeyirlidir. Dostlarla təmaslar və yazışmalar informasiya bolluğunu artıra bilər. Söhbəti sizə faydalı məcraya yönəldin. Hədəfi müəyyənləşdirin, tələbat yarandığı təqdirdə yardım və ya dəstək istəyin.
Şir - hadisələri tələsdirməyin, süni şəkildə sürətləndirmədən yararlanmağa can atmayın. Aramla, tələsmədən çalışın. Planlaşdırdığınız işi başa vurun. Təkliflər alsanız, onları rədd etməyin, düşünün. Bir çox faydalı işlərlə məşğul olaraq məramlarınıza yeniliklər edə bilərsiniz. Yaxşı tanıdığınız insanlarla təmasda olun.
Alış-verişdə mövcud tələbatı və cari ehtiyacları ödəyin. Axşam saatlarını evə, uşaqlarla ünsiyyətə, həyatin sadə sevinclərinə həsr edin. Düşüncə saflğını və soyuqqanlı davranışı bərpa etmək üçün bir qədər dincəlin. Əks təqdirdə işləmək asan olmayacaq.
Qız - praktiki fəaliyyətə üstünlük verin. Bələd olduğunuz və yaxşı bacardığınız işi yerinə yetirərkən yeni plan, layihənin yarandığını hiss edəcəksiniz. Köklü və ciddi təsir bağışlayan yeniliklər başlanır. Hansısa mövzuda uğurlu irəliləyiş gözləyin.
Gördüyünüz işdən asılı olmayaraq əməksevər, fəal olun. Stereotip düşüncə çərçivəsində davranmayın. Şərtlərin təsiri altında planları dəyişmək gərəkdir. Kiminsə faydalı təcrübəsindən yararlanmaq və ya öz təcrübənizi kiminləsə bölüşmək olar. Axşam saatlarında xoş məclisdə dincəlin.
Tərəzi - perspektivlər və imkanlar günüdür. Ciddi və faydalı fikirləri gerçəkləşdirmək üçün əlverişli şərtlər yaranıb. Məşğul olmağınız gərəkən mövzu formalaşmaqdadır. Yeni iş üçün enerji və istək yaranır. Ünsiyyətə açıq olun ki, faydalı məlumatın, yaxud da sizə maraqlı ola biləcək hər hansı mövzu ilə bağlı təklif almaq imkanını əldən verməyəsiniz. Günün ikinci yarısı fiziki iş, sağlamlığın möhkəmləndirlməsinə yönəlmiş tədbirlər üçün əlverişlidir. Axşam saatlarında ev işləri ilə məşğul olun.
Əqrəb - iş qrafikinizi sıxlaşdırın, aktiv olun. Çoxdan bəri gündəmdə qalmış bəzi işlərlə layihələri reallaşdırmaq şansı yaranıb. Planlı saf-çürük edin. Səfər, görüş, intellektual fəaliyyət üçün sərfəli gündür.
Faydalı işgüzar tanışlıqlar, yeni əlaqələrin yaradılması və köhnə təmasların yaxşılaşdırılmasına can atın.
Qarşılıqlı maraqların olduğu məsələləri tərəfdaşla müzakirə edin. Günün ikinci yarısında zahiri görünüş və imiclə məğul olmaq mümkündür. Alış-veriş üçün yaxşı vaxtdır. Axşam saatlarında dincəlməyə çalışın. Restorana yollanmaq, qonaq getmək olar. Sevdiyiniz insanlara hədiyyə verin.
Oxatan - dəyişikliklər və yeniliklər günüdür. Başladığınız işin rekonstruksiyası və keyfiyyətinin yüksəldilməsi ilə məşğul olun. Eyni vaxtda bir neçə layihəyə başlaya bilərsiniz. Yeni dəstək və əməkdaşlıq təşəbbüsünün vaxtıdır. İlk baxışdan təsadüfi, amma qəribə təsir bağışlayan görüş, məktub və danışıqlara fikir verin. Harada olmaq istədiyinizi düşünün. İnformasiya mənbələrinizlə aktiv təmasda olun və sizinlə danışmaq istəyən adamın varlığını unutmayın. Səhhətinizə fikir verin. Pəhrizə başlamaqda xeyir var.
Oğlaq - önəmli gündür. Hansısa qərarı qəbul etmək gərəkdirsə, tələsin. Qətiyyətli və əzmli davransanız, enerjiniz artacaq, konkret addımlara rəvac veriləcək. Bu gün görə biləcəyiniz işi sabaha saxlamayın.
Ev və ailə ilə bağlı işlər xüsusi əhəmiyyət kəsb edir. İntellektual və yaradıcılıq imkanlarınız yüksək səviyyədə olacaq. Danışıqlar, sövdələşmələr, müzakirələrdə çətinliklər yaşanmayacaq. Səfər, müxtəlif rəsmi qurumlara yollanmaq, işgüzar və fərdi görüşlər üçün uğurlu gündür. Şəxsi münasibətlər müstəvisində ümumi planları nəzərdən keçirmək, işlərlə və alış-verişlə birgə məşğul olmaq düşərlidir.
Dolça - rutin gündür. Gün ərzində cari işlərlə məşğul olun. Çoxdan bəri təxirə salınan, yarımçıq qalan, diqqət və səylə çalışmağı tələb edən, amma ilk baxışdan darıxdırıcı təsir bağışlayan işlə məşğul olun.
Tələsməyin, aramla çalışın. Əməllərinizin sonuclarını təxminləməyə çalışın, yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Yaşam məkanının ehtiyac duyulan kəsimində qayda yaradın. Bu minvalla hisslərinizdə müvazinət və tarazlığa nail ola bilərsiniz. Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər. Axşam saatlarını ailədə keçirin, ümumi planları müzakirə edin.
Balıqlar - cəsur və qətiyyətli olun. Uğurlu gündür, aktiv davranın. Danışıqlar, informasiya və sənədlərlə iş, təhsil və səfər üçün uğurlu vaxtdır. Bacarıq və biliklərinizin tanıdılması yaxşı effekt verə bilər. Tərəfdaş və ya şərik, ümumi işlə məşğul olduğunuz insanla danışıqlar asan olacaq. Əməkdaşlıqla bağlı yeni təklif ala bilərsiniz. Şəxsi münasibətlər müstəvisində stabilləşmə dövrüdür. Ümumi maraqları tapın, yaxın gələcəklə bağlı planları müzakirə edin. Yeniliklər və fərqli imkanlar barədə siqnallar alına bilər.
Milli.Az
Bernardo Silva İtaliya nəhənginin radarına düşüb
"PSJ"nin cinah hücumçusu Bredli Barkola zədələnib
Coşua Zirkze mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər
İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı videoçarx paylaşılıb
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı