Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"

img

19-04-2024 [00:30]


"Türkiyə həmişə asan olmayan, lakin mütləq vacib olan strateji tərəfdaşdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolz Brüsseldə Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsi sonrası keçirilən  mətbuat konfransında deyib.

O, Almaniyanın təşəbbüsü ilə zirvədə Türkiyə ilə əlaqələrin müzakirə olunduğunu qeyd edib: "Bizə gələcəyə yönəlmiş perspektiv lazımdır. Yaxşı əməkdaşlıq hər iki tərəfin xeyrinədir. Xüsusilə Gömrük İttifaqının inkişafı və modernləşdirilməsi, o cümlədən miqrasiya sahəsi üzrə əməkdaşlıq qaçılmazdır".

Şolts Türkiyə və Kipr məsələsinin geniş şəkildə müzakirə olunduğunu deyib və əlavə edib ki, bu mövzuda irəliləyişə ehtiyac var.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR