Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"

img

19-04-2024 [00:07]


ABŞ kəşfiyyatı Şimali Koreya ilə bağlı dünyanı vahiməyə salan sensasion kəşfiyyat məlumatları açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Amerika kəşfiyyatı Şimali Koreya lideri Kim Çen Inın qlobal öhdəlikləri pozan aqressiv bioloji silah proqramına sahibləndiyini bəyan edib.

Bildirilib ki, Kim Çen Inın arsenalında ölümcül xəstəlikləri yaya bilən yaya bilən spreylər və zəhərli qələmlər var: "Şimali Koreya hərbi məqsədlər üçün bu tip xeyli bioloji silahlar yaradıb və bunun kütləvi istehsal gücünə malikdir. Hətta bu tip bioloji məhsulları genetik cəhətdən daha təkmilləşdirməyə can atırlar. Bundan əlavə, qeyri-ənənəvi sistemlərlə bioloji müharibə agentlərini silahlandırmaq qabiliyyətinə malikdir".

ABŞ kəşfiyyatının hesabatına əsasən, Şimali Koreyada 1960-cı illərin əvvəllərindən bioloji silahlar var: "Xatırlayırsınızsa, 2020-ci ildə kimyəvi silahlar üzrə mütəxəssis Endryu Veber Şimali Koreya liderininn bioloji silahlar hazırlamaq üçün Covid-19 böhranından yararlanmaq niyyəti haqda anons verdi.  O, hətta Kim Çen Lnın əlindəki bu tip bioloji silahların nüvə silahından da təhlükəli olduğunu iddia edirdi.  Veber haqlı idi. Bəli, Şimali Koreyanın nüvə silahından daha çox, bioloji silahdan istifadə etmə ehtimalı günü gündən güclənir".

Yeri gəlmişkən, 2017-ci ildə "The Sun" nəşri də Şimali Koreyanın dünyanın ən ölümcül xəstəliklərini hazırlamaq və yaymaq potensialı haqda araşdırma materialı dərc edib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR