Bayden: "Əmimi adamyeyənlər yeyib..."

img

19-04-2024 [00:13]


ABŞ prezidenti Bayden İkinci Dünya Müharibəsi zamanı Sakit okean əməliyyatında xidmət edən əmisinin adamleyən qəbilələr tərəfindən yeyildiyini bir daha dilə gətirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Bayden Pensilvaniya ştatının Skranton şəhərinə səfəri zamanı İkinci Dünya Müharibəsində Sakit okean əməliyyatında iştirak etmiş əmisinin adına olan döyüş abidəsini ziyarət edib. 

Məlumata görə, burada jurnalistlərə açıqlama verən Bayden bildirib ki, əmisi Ambrose Finneganın içində olduğu döyüş təyyarəsi İkinci Dünya Müharibəsində  Yeni Qvineya səmasında vurulub:

Yeni Qvineyada yaralı ABŞ və Avstraliya əsgərlərini seyr edən yerli əhalinin fotoşəkili (1942-ci il)

"Təyyarə o zaman adamyeyənlərin daha çox olduğu bir ərazidə - Yeni Qvineyada vurulub. Onun cəsədini tapa bilmədilər. Təkrar ora gedib araşdırma apardılar. İkinci yoxlamada təyyarənin hissələri tapılsa da, əmim və yanında olanların cəsədləri aşkarlanmadı. Onları adamyeyənlər yemişdi. Bilirsiniz, o vaxt Yeni Qvineyanın böyük hissəsində adamyeyənlər yaşayırdı...".

Xatırladaq ki, Bayden bundan əvvəl də bir tədbirdə əmisinin adamyeyənlər tərəfindən yeyildiyini demişdi.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR