Keçmiş deputatın sürücüsü döyüldü

img

26-06-2014 [11:47]


Sabiq deputat Nazim Məmmədovun sürücüsünü döyüblər.


Sabiq deputat bu barədə öz facebook səhifəsində yazıb.

N.Məmmədov sürücüsünün axşam saatlarında naməlum şəxslərin hücumuna məruz qaldığını yazıb: "Sürücüm dünən axşam saatlarında öz maşınında kollektiv hücuma məruz qalıb. 4-5 nəfər Qara Qarayev metrosu yaxınlığında ona həm bədən xəsarətləri yetirib, həm də avtomobilə ziyan vurublar. Mənim də indicə xəbərim olub. Polisə şikayət ediblər. Polis dünən tibbi ekspertiza da keçirməyib. Hadisənin üstünü "malalamaq" istəyiblər. İndicə polis rəisi ilə danışdım ki, obyektiv araşdırılsın”.

Deputat bunun "Baku Steel Company”nin rəhbərliyi tərəfindən edilə biləcəyini də yazıb. Xatırladaq ki, bir müddət əvvəl sabiq deputatın həmtəsisçilərindən biri olduğu "Atahan Dəmir Sənaye” MMC-yə basqın olmuşdu. Qeyd edək ki, hazırda ölkənin metallurgiya sahəsinə "Baku Steel Company” nəzarət edir. O, bu sahədə tam monopoliya qurub.(virtualaz.org)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA