Futbolçunun işarəti etiraz doğurdu: "Rədd ol "Qalatasaray"a!"

img

15-04-2024 [09:01]


Türkiyə super liqasının 32-ci turunda "Trabzonspor" - "Sivasspor" oyununda baş verənlər idman aləminin gündəmindən düşmür.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oyunun ikinci yarısında meydana daxil edilmək istəyən "Trabzonspor"lu Umut Bozok texniki heyətinin "hazırlaş" tapşırığına kobud tərzdə rədd cavabı verib. Daha sonra o, meydana daxil olsa da, heç nə ilə yadda qalmayıb.

Matçdan sonra isə Qara dəniz komandasının azarkeşləri Umut Bozoka qarşı "səlib yürüşü"nə keçiblər. 

Məlumata görə, trabzonlu azarkeşlər futbolçuya "Rədd ol, "Qalatasaray"a! Aldığın pul haramın olsun!" tələbini irəli sürür...

Xatırladaq ki, 27 yaşlı hücumçu “Qalatasaray” fanatı olduğunu gizlətmir.

Onu da qeyd edək ki, həmin oyun Sivas komandasının 1-0 xeyrinə başa çatıb.

Fərid Aslan

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR