Hikmət Hacıyev Avropa İttifaqı avropalı diplomatlarla bir arada - Görüş + FOTO

img

12-04-2024 [15:02]


Prezidentin köməkçisi Hikmət Hacıyev Avropa İttifaqına üzv dövlətlərin diplomatları ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Paylaşımda deyilir: "Biz Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi ilə geniş və dərin müzakirə apardıq. Görüşümüzə həmsədrlik etdiyi üçün Siyasi Direktorun müavini Delfin Pronka (Delphine Pronk) təşəkkür edirəm".

Qeyd edək ki, görüş iştirakçıları arasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov da yer alıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA