ABŞ ordusu husilərin hava hücumundan müdafiə sistemini sıradan çıxarıb

img

09-04-2024 [11:29]


ABŞ ordusu Yəməndə İranın dəstəklədiyi husilərə qarşı daha bir məliyyat icra edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.

Bildirilib ki, husilərin nəzarətində olan bölgələrdə iki hava hücumundan müdafiə sistemi və idarəetmə stansiyası vurulub: "Bununla yanaşı, husilərin PUA-ların hərəkətə gətirilməsi üçün istifadə olunan sistemi də məhv edilib".

Xəbərdə o da deyilir ki, husilər koalisiya qüvvələrinə aid gəmiyə dünən ballistik raket atıblar.

CENTCOM əlavə edib ki, dünən və bu gü Qəzzaya "C-130" tipli hərbi təyyarələrlə havadan quru qida atılıb.

Samir Musayev

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA