Gülər Əhmədovadan Ayxanın həbsinə reaksiya: “Şoka düşdüm”

img

25-06-2014 [17:04]


Sabiq deputat, Gülər Əhmədova İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov həbs edilməsi xəbərinə təəccüblənib.

O, AzNews.az-a açıqlamasında bu məsələdən xəbərsiz olduğunu deyib:"O, niyə həbs olunub? Nəyə görə həbs olunub? Mən buna çox təəccübləndim. Axı nə baş verib? Nə deyim vallah, Allah qapısını açsın. Allah köməyi olsun. Mən şoka düşdüm...”

Qeyd edək ki, sabiq millət vəkili Gülər Əhmədovanın "mandat alveri” qalmaqalında hallanan mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədov bu gün həbs olunub. O, təkrar oğurluqda təqsirli bilinərək, Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA