Hatayda səslər yenidən sayılacaq? - CHP YSK qarşısına toplandı, etiraz verildi
08-04-2024 [00:05]
Türkiyədə 31 mart seçkilərində Hatay böyük şəhər bələdiyyə sədri vəzifəsini cüzi səs faizi ilə AKP namizədinin qazanması ana müxalifət partiyası və onun namizədi Lütfi Savaşın etirazı ilə qarşılanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl və partiyadaşları Hatayda seçkinin nəticələri dəqiqləşmədən şəhər seçki dairəsi tərəfindən AK Partiyanın namizədi Mehmet Öntürkə bələdiyyə şəhadətnaməsini təqdim olunmasına rəsmi etiraz edib.
CHP rəhbərliyi bu məqsədlə Yüksək Seçki Kurumunun (YSK/MSK) qarşısında bir araya gəlib. YSK sədri Ahməd Yenerlə Özgür görüşən CHP sədri Özgür Özəl rəsmi etirazı ona təqdim edib. CHP-lilər səslərin təkrar sayılmasını, bu da mümkün olmadıqda isə etibarsız sayılan 38 minə yaxın səsin təkrar sayımını tələb edirlər. Onlar iddia edir ki, bütün bunlarla yanaşı, Hatay seçkisində vəfat etmiş 3389 nəfərin adından səs verilib.
YSK qarşısında açqılama verən CHP sədrinin köməkçisi Gül Çiftçi Binicinin Özgür Özəlin səs telindən əməliyyat olması səbəbiylə jurnalistlərin suallarını cavablandırıb: "Hatay üçün etiraz ərizəmizi verdik. Ümid edirik ki, YSK operativ şəkildə etirazı qəbul edəcək. Baxın, Kayserinin Pınarbaşı mahalında seçkinin ləğvi qərarı möhürsüz torbalarla əlaqələndirildi. Eyni hal Ardahanın Çıldır mahalında da, Kütahyada da oldu, ancaq niyə Hatayda olmasına imkan verilmir? Biz Hatay və onun na bağlı bələdiyyələrdə səslərin təkrar sayımını tələb edir və bu barədə rəsmi ərizləri bu gün YSK-ya təqdim elədik...".
Köməkçi Hatayda səslərin ya tam, bu, mümkün olmadıqda isə etibarsız səslərin təkrar sayılmasını tələb etdiklərini bir daha təsdiqləyib: "Bəli, biz həqiqətən 3389 ölmüş adamın adından səs verildiyini bilirik. Ən azı bunlar dəqiqləşmədən AKP namizədinin qalib elan olunması qəbulolunmazdır...".
Tahir Şəlvəli
MİA.AZ
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"