İsrail HƏMAS liderinin bacısının həbs müddətini uzadıb

img

05-04-2024 [16:28]


İsrailin həbs etdiyi HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin bacısı Sabah Əbdüsselamla bağlı daha bir qərar verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail məhkəməsi Sabah Əbdüsselamın həbs müddətini daha 12 gün uzadıb.

İsrailin KAN dövlət televiziyasının məlumatına görə, o, casusluqda ittiham olunub.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR