Nazir Baş katiblə bir arada: "Rusiya Ukraynanı xəritədən silmək istəyir"

img

04-04-2024 [18:16]


"Rusiya Ukraynanı xəritədən silmək istəyir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitro Kuleba NATO Xarici İşlər Nazirləri Toplantısı üçün getdiyi Belçikanın paytaxtı Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdə deyib.

Kuleba NATO baş katibinə ölkəsinə verilən dəstəyə görə təşəkkür edib: "Bilirsiniz ki, hazırda ölkəmiz Rusiyanın daha çox raket və PUA-larla  hücumuna məruz qalır. Rusiya ordusu təkcə bu  gecə "Şahed" tipli PUA-larla Ukraynanın Xarkov şəhərinə çoxsaylı intensiv hücumlar həyata keçirib. Rusların sistemli hücumları ukraynalıları öldürür, Ukrayna iqtisadiyyatına ziyan vurur. Bu, Rusiyanın Ukraynanı xəritədən silmək ideologiyasına xidmət edir. Bizə bunların qarşısını almaq üçün daha çox silah-sursat dəstəyi lazımdır. Dostlarımız həmçinin gecikmədən Ukraynanı "Patriot" hava hücumundan müdafiə sistemləri ilə təmin etməlidirlər. Əks halda Rusiyaya qarşı uğur qazanmaq çox çətin olacaq".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR