"Sivasspor" baş məşqçisi: "Aşağı liqaya yuvarlanmaq təhlükəsindən qurtulduq"

img

03-04-2024 [22:42]


Bu gün Türkiyə Superliqasının 31-ci turunda "Sivasspor" "VavaCars Fatih Karagümrük"lə qarşılaşıb.

Mia.az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, oyun Sivas komandasının minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Oyundan sonra açıqlama verən "Sivasspor"un baş məşqçisi Bülent Uyğun bu qələbə ilə xallarını 41-ə çatdıraraq liqanı tərketmə xəttindən  uzaqlaşmalarının sevincini yaşadıqlarını deyib: "Liqada ən aşağı büdcəyə və ən yüksək orta yaşa malik komanda olsaq da, 41 xala sahibləndik. Bu, liqada qalmaq yolundakı hədəfimizə yetişməyimiz deməkdir. Oyunçularımza, texniki heyətə və azarkeşlərə təşəkkür edirik. Təbii ki, azarkeşlərimizlə daha gözəl günlər keçirmək istəyirik. Amma bu günə əldə etdiyimiz 41 xal yüksək dəyərləndirlməlidir. Ən azından aşağı liqaya yuvarlanmaq təhlükəsindən qurtulduq. Eyni sevinc, istəklə qalan oyunlarla yolumuza davam edəcəyik".

Fərid

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR