Rüşvətə görə məhkum edilmiş gömrükçü azadlığa buraxılıb

img

03-04-2024 [13:15]


Dövlət Gömrük Komitəsinin rüşvətə görə məhkum edilmiş əməkdaşı Elmar Mirzəyev azadlığa buraxılıb.

Mia.az
 qafqazinfo.az-a istinadən xəbər verir ki, 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş sabiq gömrük prosedurları inspektoru cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Yerli məhkəmə qərar qəbul edərkən məhkumun təyin olunmuş cəzanın 2/3 hissəsini çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürüb.

Qeyd edək ki, E.Mirzəyev və bir neçə gömrükçü 2021-ci ilin martında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdi. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda rüşvət almaqda ittiham edilib, ən ağır cəza elə Mirzəyevə verilmişdi. Digərləri qısa müddətə azadlıqdan məhrumetmə və şərti cəzaya məhkum edilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA