Kəmaləddin Heydərov mərhum vəkilin oğluna yüksək vəzifə verib, generalı isə "vurub"

img

03-04-2024 [13:51]


Dünən məlumat verdiyimiz kimi, polkovnik-leytenant Kənan Aşurov Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinə yeni rəis təyin edilib.

Bununla bağlı nazir Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, polkovnik-leytenant Kənan Aşurov bu təyinata qədər Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi işləyirdi. O, mərhum vəkil və ictimai xadim, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışmış İsaxan Aşurovun oğludur.

Onu da qeyd edək ki, Kənan Aşurovdan əvvəl FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin rəisi vəzifəsini general-mayor Elşad Hüseynov tuturdu.

Nazir Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elşad Hüseynovun sərəncama götürüldüyü bildirilir(AzPolitika)

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA