"Vurulan" komitə sədri danışdı

img

25-06-2014 [12:38]


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun yeni Baş Katibi Elşad İsgəndərov İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısında çıxış edib.


MIA.AZ anspress-ə istinadən xəbər verir ki, E. İsgəndərov toplantıda çıxışı zamanı Xocalı Soyqrımı və türkmənlərin İraqda başlarına gətirilən qətliama işarə edərək terrorla mübarizə aparmağın vacib olduğunu qeyd edib.

E. İsgəndərov vurğulayıb ki, insanlara qarşı törədilən cinayətlərin qarşısını almaq üçün İƏT üzvü olan ölkələrin artıq hərəkət keçməyinin vaxtı gəlib çatıb: "Əgər 1992-ci ildə Xocalı qətliamının qarşısı alınsaydı və hadisəni törədənlər layiqli cəzalarını alsaydılar, bu gün İŞİD də türkmənlərə qarşı qətliam törətməzdi”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA