Asim Mollazadə intellektual qadınlarla görüşdü

img

25-06-2014 [12:16]


Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Qadın Liderliyi Uğrunda" İctimai Birliyin layihəsi olan "Qadınlar üçün intellektual klub"un üzvləri ilə görüşüb. 

Partiyadan MİA-ya daxil olan məlumata görə, görüşdə "Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu: karyera və liderlik" mövzusu müzakirə olunub. Asim Mollazadə Azərbaycan qadınlarının tarixi missiyasından, onların ictimai-siyasi həyata fəal inteqrasiyasının vacibliyindən danışıb. Millət vəkili eyni zamanda öz karyerası və liderlik təcrübəsini bölüşüb. Görüş iştirakçılarını maraqlandıran suallara cavab verib. 

Qeyd edək ki, bu görüş Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə reallaşan "Azərbaycanda insan kapitalının inkişafı uğrunda: Qadınlar üçün intellektual klubun yaradılması" layihəsi çərçivəsində baş tutub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA