İsveçrədə qar uçqunu: 3 nəfər ölüb, 1 nəfər yaralanıb - Axtarış davam edir

img

02-04-2024 [10:21]


İsveçrədə Alp dağlarında qar uçqunu olub.

Mia.az xarici mətbuata istinadla xəbər  verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

Yerli qurumlar faktı təsdiqləyib.  Polisdən bildirilib ki, yerli vaxtla saat 14:00 radələrində Alp dağlarında - Zermatt əyalətinin Riffelberq şəhərində baş verən qar uçqunu nəticəsində hələ də qar altında qalanlar var: "Nə qədər insanın uçqun altında qaldığı hələ məlum olmasa da, axtarış-xilasetmə işləri davam edir".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR