Ərbakanın silahdaşı erkən seçki siqnalı verdi: "AKP bu seçkidə sarı kart aldı" - "İqtdarı hər il xaricə 40 milyard faiz ödəyir"
01-04-2024 [13:20]
Türkiyədə dünən keçirilən bələdiyyə sçekilərində CHP (37,74 faiz) və AK Partiyadan (35,49 faiz) sonra 6,19 faizlə 3-lüyü qazanan Yenidən Rifah Partiyası indidən erkən seçk anonsu verməyə başlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Fatih Erbakanın lideri olduğu Yenidən Rifah Partiyasının İstanbul şəhəri üzrə namizədi Mehmet Altınöz Haberler.com-a müsahibəsində danışıb.
Mehmet Altınöz müsahibəsində Türkiyə və İstanbuldakı nəticələri dəyərləndirib. Ortaya çıxan mənzərənin onu da təəccübləndirdiyini etiraf edən deyən Altınöz deyib: "Bu fərqi gözləmirdim açığı. Böyük fərq var. Deyə biləərm ki, burada CHP qazanmır, AK Partiya uduzur. AK Partiyanın iqtidar partiyası olmasında bizim dəstəyimiz böyük olub. Bu seçki vətəndaşların AK Partiyaya sarı kart göstərdiyi seçki oldu...".
Hökumətin iqtisadi siyasətini sərt və tutarlı faktlarla tənqid edən Altınöz bildirib ki, Türkiyə hazırda hər il 40 milyard dollar borc faizi ödəyir: "Hazırda illərdir təyinat gözləyən 150 min müəllim var. Türkiyə, daha doğrusu AKP iqtidarı xaricdən aldığı borclara görə 40 milyrad dollar faiz ödəöyir. Baxın, faiz deyirəm, əsas borc isə yerində qalır. Bu 40 milyard dollarla təyinatını gözləyən müəllimlərin təyinatını da, 20 illik maaşını da vermək olar. Bu qədər pula diqqət eləyin. Bu pul dediyim kimi, yalnız faizə gedir. O pulla zəlzələ bölgəsində 1 milyon ev tikmək və pulsuz paylamaq olar. 40 milyard dollarla 35 Osman Qazi körpüsü tikərsən və sair...".
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu təbrik edən Altınöz iddia edib ki, burada CHP-nin heç bir uğurunu görmür: "Burada tamamilə ideoloji vəziyyət var. Vətəndaşlar iqtidar partiyasına dərs vermək istəyir".
Bundan sonra nə olacağı ilə bağlı sualı cavablandıran Altınöz bildirib ki, bundan sonra daha çox çalışmaq lazımdır: "Biz bütün gücümüzlə parlament seçkisinə ahzırlaşacağıq. Gördüyüm hazırkı mənzərə erkən seçki şəklidir. Ümid edirəm ki, növbədənkənar seçkilərdə vətəndaşlarımızdan daha çox dəstək alacağıq.Mənim erkən seçki ilə bağlı proqnozum bu ildir. Olmasa da, gələn il növbədənkənar seçkilərin ola biləcəyini düşünürəm”.
Samir Musayev
MİA.AZ
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytdə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı