DEVA AKP-nin 15 illik qalası sayılan rayon bələdiyyəsini "ələ keçirdi" - Açıqlama

img

01-04-2024 [00:15]


3 seçki dövrü, yəni 15 il Ərdoğanın lideri olduğu AK Partiya qalası hesab elədiyi Adıyaman şəhərinin Çelikhan rayon bələdiyyə sədri postunu da 31 mart seçkisində uduzub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu rayonda sədr postunu Ali Babacanın sədri olduğu DEVA Partiyası qazanıb.

İlkin nəticələrə görə, Adıyaman şəhərini CHP-nin namizədi Abdürrəhman Tutdere (44 faiz səs), bu şəhərdə AK Partiyanın qalası kimi tanınan Çelikhandan isə DEVA Partiyasının namizədi Mahmud Şahin qalib gəlib.

Məlumata görə, bununla da, DEVA Partiyası Türkiyədə ilk dəfə bir rayon qazanıb.

Lamiyyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA