Hindistandan 12 saatlıq əməliyyat: İran gəmisi və pakistanlılar dəniz quldurlarının cəngindən xilas olunub

img

30-03-2024 [12:31]


Hindistan Hərbi Dəniz Qüvvələri Ərəb dənizində dəniz quldurları tərəfindən əsir götürülən İran bayraqlı balıqçı gəmisini və 23 pakistanlı ekipaj üzvünü xilas edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Dəniz Qüvvələri sosial media platformasında açıqlama yayıb.

Bildirilib ki, İran bayraqlı “FV Əl-Kəmbər” gəmisi 9 silahlı dəniz qulduru tərəfindən ələ keçirilib: "Təxminən 12 saat davam edən əməliyyatdan sonra gəmidəki dəniz quldurları təslim olub və gəmidəki 23 Pakistan vətəndaşından ibarət ekipaj xilas edilib".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR