SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
28-03-2024 [16:46]
Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev “Formula 1” oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.
Mia.az qafqazinfo-ya istinadla xəbər verir ki, Çingiz Mehdiyev və onun cinayəti ilə bağlı bəzi maraqlı məqamları əldə edib.
Ç.Mehdiyev 2006-cı ildə Amerikaya köçüb, oranın vətəndaşlığını qəbul edib. O, pasport alarkən ad-soyadını da dəyişib, Gino Metie kimi qeydə alınıb. Gino Metie bir il sonra Nyu-York şəhərində Nərminə adlı xanımla evlənib, onların bir qızı dünyaya gəlib. 2019-cu ildən onların münasibəti korlanıb, 2023-cü ildə boşanmaq üçün məhkəməyə müraciət ediblər.
Məlumata görə, Azərbaycana qayıtdıqdan sonra yenidən Çingiz Mehdiyev ad-soyadı ilə işə başlayan təqsirləndirilən şəxsi istintaqda ifşa edənlərdən biri elə arvadı Nərminə Ələkbərova olub.
Ələkbərova istintaqa verdiyi ifadəsində ərinin qanunsuz fəaliyyətlərindən danışıb, onun mənimsədiyi pullarla qardaşının adına Amerikada bahalı mülklər aldığını deyib. O, əri ilə üzləşməsində də onu ifşa edib. Nərminə həmçinin Çingizin anasının adına Seyşel adalarında şirkət açdığını, həmin şirkətə yüklü miqdarda pullar köçürməsindən də danışıb.

Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq icraçı direktoru mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olub.
Ç.Mehdiyevi də vəzifəyə o təyin edib. İstintaqın gedişində Arif Rəhimov da müstəntiqə ifadə verib.
.jpg)
Hələ ki, məhkəmə istintaqı başlamadığına görə, bu haqda geniş məlumat verə bilmirik. Qısa olaraq onu deyə bilərik ki, Rəhimov ifadəsində Ç.Mehdiyevin qanunsuz fəaliyyətlərindən, ələ keçirdiyi pullarla ABŞ-də mülklər almasından xəbərsiz olduğunu deyib.
Çingiz Mehdiyevin cinayət işinə görə Bakıda yerləşən əmlakları üzərinə həbs qoyulub. Həmin əmlaklara bahalı evlər və torpaq sahələri daxildir.
Qeyd edək ki, Ç.Mehdiyev haqda istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb