Şərqşünas alimin azərbaycanlıların soyqırımına dair məqaləsi Tehranda çap olunub - FOTOLAR
28-03-2024 [15:34]
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba "Soyqırımı Memorial Kompleks"in mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “1918-ci ildə Lənkəran, Cavad və Çöyçay qəzalarında azərbaycanlıların soyqırımı” adlı məqaləsi Tehranda “Xudafərin” jurnalında dərc olunub.
Mia.az-ın məlumatına görə, dosent S.Talıblı məqalədə qeyd edir ki, çar Rusiyası və bir sıra dövlətlərin hərtərəfli dəstəyilə tarixi Azərbaycan torpaqlarında xristianlaşma siyasətinə uyğun olaraq məskunlaşdırılan ermənilər ərazilərimizdə zaman-zaman təcavüz, soyğunçuluq, qarət, etnik təmizləmə, kütləvi qırğınlar, soyqırımı həyata keçirib, xarici ölkələrin siyasətinə uyğun fəaliyyət göstəriblər.
1918-ci ildə regional və beynəlxalq güclərin hərtərəfli dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında yaratdıqları “Ermənistan” onların himayəsi ilə 1905-1907, 1918, 1920, 1948-1953, 1988-ci illərdə, eləcə də I Qarabağ müharibəsi dövründə türk-müsəlman xalqlarına qarşı deportasiya, soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirib.
Məqalədə bildirilir ki, 1918-ci il avqust ayının 31-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri Fətəli xan Xoyskinin Gəncə şəhərində imzaladığı qərara əsasən, 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası (FTK) yaradılıb. Əsas məqsəd erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək olub. Əlimərdan bət Topşubaşov Fövqəladə Təhqiqat Komissiyasının hazırladığı materialları və fotoşəkilləri Paris Sülh Konfransına təqdim etmişdi.
Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” haqqında verdiyi Fərmanının, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 18 yanvar tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamının ermənilərin cinayətkar və terror əməllərinin araşdırlması, o cümlədən beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük tarixi, siyasi və hüquqi rolu olduğunu yazan müəllif 2007-ci il aprelin 1-də Qubada aşkar olunmuş ermənilərin törətdiyi soyqırımı məzarlığında azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələrinin də amansızcasına qətlə yetirilərək basdırıldığını bildirib.
Dosent S.Talıblı məqalədə Lənkəran, Cavad və Göyçay qəzalarında baş vermiş soyqırımı haqda Azərbaycan, türk, rus və digər xarici dilli mənbələrə, eləcə də həmin dövrlə bağlı dövrü mətbuata istinad edərək yazıb.
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytdə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı