İngilislərin İstanbuldakı seçki ilə bağlı proqnozu: "Müxalifət çöküb, buna görə..."

img

28-03-2024 [12:57]


Türkiyədə 31 martda keçiriləcək bələdiyyə seçiləri ilə bağlı Britaniyada fəaliyyət göstərən BBC media orqanı maraqlı təhlil dərc edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, təhlil İstanbul bələdiyyəsinə namizədlər olan CHP-li Əkrəm İmamoğlu ilə AKP-li Murat Kurum arasındakı mübarizəyə geniş yer verilib.

İstanbul Böyükşəhər Bələdiyyə sədri vəzifəsinin Türkiyənin gələcəyinin açarı olduğunu iddia edən BBC-dəki yazıda İstanbul Türkiyənin iqtisadi və sosial dinamosu adlandırlıb: "2019-cu ildə keçirilən bələdiyyə seçkiləri ilə indiki seçki fərqlənir. 2024-cü il seçkilərində fərqli bir dönüş olacaq. Müxalifət artıq ötən seçkilərdəki kimi bir deyil. Ötən il prezident seçkisindəki məğlubiyyətdən sonra müxalifət çöküb. Üstəlik, kürdlərin birləşdiyi DEM Partiyası da daxil olmaqla, digər müxalifət partiyaları da öz namizədlərini önə çıxarıb. Bu səbəbdən də seçkidə Cumhur İttifaqının namizədi Murat Kurum üstünlüyə malikdir...".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA