Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

img

28-03-2024 [11:54]


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul müsabiqəsinə dair təkrar müsahibəyə sabah start veriləcək.

Mia.az  xəbər verir ki, təkrar müsahibədə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində 2 - 2.99 bal nəticə toplayan və təlimə cəlb edilən namizədlər iştirak edəcəklər.

Müsahibə nəticələrinin qiymətləndirilməsi 5 ballıq şkala əsasında aparılacaq. Nəticələr barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.

Müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və fərdi səriştələri nəzərə alınacaq.

Qeyd edək ki, təkrar müsahibədə uğur qazanan namizədlər müvafiq vakant yerlərə təyin olunacaq və ya kadr ehtiyat siyahısına daxil ediləcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA